» » Bənövşə mürəbbəsi

Bənövşə mürəbbəsi

Müəllif: Samirə от 3-10-2015, 09:00
Lazım olan vəsaitlər:

100 qram bənövşə çiçəyinin tac yarpaqları
300 qram şəkər tozu
yarım limonun suyu
1 stəkandan yarım barmaq əskik su
şəkər və limon suyu

Bənövşə mürəbbəsi



Hazlrlanması: Su, şəkər və limon suyu bir qazana qoyulur və bir neçə qaynadılıb sirop halına gətirilir. İncəcik doğranmış bənövşənin tac yarpaqları bu siropa əlavə edilir və ağır atəşdə arada bir qarışdırılaraq qaynatmağa davam edilir. Mürəbbə ağarmağa başladıqda altı söndürülər və qaba qoyular.

Bənövşə mürəbbəsi


Qeyd: Ləzzətli olmaqla yanaşı, bənövşə mürəbbənin qanı təmizləyici (yeniyetməlikdən şikayət edənlərə çox faydalıdır), sidikqovucu təsiri vardır. Sinəni yumşaldır, öskürəyə qarşı çox xeyirlidir. Müəyyən qədər dərilmiş bənövşə yarpağına iki o qədər şəkər tozu qatıb döyür 40 gün şüşə qabda gün düşən yerdə saxlayırlar. Digər gül mürəbbələrinə qatıb istifadə etdikdə baş ağrılarını aradan qaldırır.

Bənövşə mürəbbəsi

 


Nuş olsun!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz