10 tapmaca

Əziz uşaqlar, aşağıda 10 tapmaca təqdim edirik. Bu tapmacalardan sizin üçün də maraqlı olanları var, nisbətən böyük bacı və qardaşlarınız üçün də. İndi siz bu tapmacaların cavabları üçün birlikdə səy etməlisiniz.
Tapmacanın xüsusiyyəti budur ki, bir şeyin müəyyən əlamətləri söylənilir, amma adı çəkilmir. Siz həmin əlamətlərə əsasən tapmalısınız ki, söhbət nədən gedir. Kim özü tapsa, biz bunu, əlbəttə, biləcəyik, onu jurnalımızdan bir hədiyyə təqdim edəcəyik.

Tapmacalar belədir:


1. Ağ ilan ağzın açar,
Qara ilan vurar keçər. 

2. Axşam səpdim noxudu,
Sübhdən qalxdım, yoxudu. 

3. Altı tavan, üstü tavan,
İçində bir qırmızı oğlan. 

4. 
Qızılgül beçə verdi,

Sana gör, neçə verdi?

Yarpaqsız ağac gördüm,

Torpaqsız beçə verdi.


5. Bağlasaq gedər,
Açsaq, dayanar. 

6. Çox dişi var dişləməz,
Heç kimsəni incitməz. 
Əllərdən də heç düşməz.

7. Yumruq qədər yuvası, 
Yüz əllidi balası. 

8. Tap nədir,
Dolu gedər, 
boş gələr, 
Ağzımıza xoş gələr.

9. Qurmadan işlər, 
Durmadan işlər.

10. Toxumsuz bitər, 
Dünyaya yetər. 

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Yazarlar
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 1
  • Məqalələri: 26
^
Tamnmacanının düzgün cavabları belədir:
- İynə-sap, ulduzlar, maral buynuzu , xoruz, ayaqqabı, daraq, nar, qaşıq, ürək, duz

....Doğru tapmışamsa, hədiyyəmi gözləyəcəyəm. wink
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 54
  • Məqalələri: 874
^
Doğru cavablardır və söz verdiyimiz kimi, müəllifə doğru cavab üçün çox gözəl bir hədiyyə etdik.:Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş albom.
  • Нравится
  • 0