» » Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

Təsadüfi bir dikdaban ayaqqabı üçün ilk etməniz lazım olan iş, alacağınız cütün ayağınıza doğru olub-olmamasına diqqət etməkdir. Əsla kiçik ya böyük ölçü dikdaban ayaqqabı almayın. Ayaqqabı nə qədər cəlbedici görünürsə, görünsün ayağınızı bir az da olsa sıxırsa, qətiyyən həmin seçimi etməyin. Həmçinin, ayaqlarınız gün ərzində şişəcəyi üçün, ayaqqabı alış-verişini günün günorta və ya axşam saatlarında etmək, ağıllı addım olacaqdır.

İsinmə hərəkəti

Dikdaban ayaqqabıları daha rahat hala gətirmək üçün bir az isinmə hərəkəti edin. Ayaq biləklərinizi, barmaqlarınızı hərəkət etdirin. Bunu ayaqqabıları geyinməzdən əvvəl və geyindikdən sonra da təkrarlayın.

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

Ayaqlarınıza rahatlıq verin

Nə qədər tələssəniz də, özünüzə oturmaq, ayaqqabılarınızı çıxarmaq və ayaqlarınızı istirahət etdirmək üçün vaxt ayırın. Bunu etsəniz, ayaqlarınız, ayaqqabının içində daha uzun müddət rahat qalacaq.

Nə qədər qalın daban o qədər rahat ayaqqabı

Nazik dabanlar çox cəlbedici görünürlər, amma bir o qədər də narahatdırlar. Əgər daha rahat bir ayaqqabı istəyirsinizsə, daha qalın dabanlara yönəlin. Eyni şəkildə, qalın əsaslı platforma ayaqqabılar da çox daha rahat olacaqlar. Ayaqqabınızın əsası nə qədər qalın olarsa, zərbəyə o qədər dözümlü olar, qalın əsaslı, hətta mümkünsə plastik əsaslı ayaqqabıları seçin.

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

İnternet vasitəsilə alış-veriş etməkdən çəkinin

İnternetdəki kampaniyalar və fotoşəkillər sizi başdan çıxarsa da, bu üsulla ayaqqabı almaqdan çəkinməlisiniz. Sınamadan aldığınız bir ayaqqabının sizin üçün uyğun olması qeyri-mümkünə yaxın bir ehtimaldır.

Material istifadə edin

Dikdaban ayaqqabıları daha rahat hala gətirən silikon bazaları, təhlükəsizlik yastıqları istifadə edərək, ayaqqabınızı daha rahat bir hala gətirə bilərsiniz.

 

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

  

Ayaq barmaqlarınızı bir-birinə bantlayın

Zarafat etmirik. winked 3 və ya 4 barmağınızı bir-birinə bantlayaraq dikdaban ayaqqabınızı daha rahat geyinə bilərsiniz.

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

 

Altlıqları cızın

Əgər ayaqqabınızın altı çox sürüşürsə və yeriməyinizi çətinləşdirirsə, altına bir neçə cızıq atın. Beləcə, probleminizdən asanca xilas olun.

İtiburunlu ayaqqabılardan uzaq durun

Satın alarkən çox cazibədar görünən itiburun ayaqqabılar, geyindiyiniz zaman kabusunuz ola bilər. Yumru, kvadrat, açıq burun ayaqqabılar çox daha rahat olacaqlar.

Dikdaban ayaqqabılarınızı daha rahat vəziyətə gətirin

 



Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz