» » Əlamətdar toylar

Əlamətdar toylar

Əlamətdar toylar

"Çit toy”— ailə həyatının bir illiyində qeyd olunur, təzə ailə qurmuş tərəflər bir-birlərinə çit yaylıqlar bağışlayırlar.
"Ağac toy”u — beş illik ailə həyatında bayram edilir. Həmin gün yubilyarlar bir -birlərinə ağacdan düzəlmiş əşyalar verirlər.
"Qızıl günü” — bu tədbir ailənin 10 illik yubileyində qeyd olunur. Tədbirə sağdış və soldış, bəy və gəlinin dostları, rəfiqələri dəvət edilir. Yubiley qeyd olunduğu bütün vaxt ərzində hamının yaxasında qızrmızı gül olur.
"Gümüş toy” — evliliyin 25 illiyinə təsadüf edir. Tədbirdə ər-arvad bir-birlərinin barmağına gümüş üzük taxırlar.
"Mirvari toy” — ailə qurulandan 30 il sonra qeyd edilir. Bu xoşbəxt ailə həyatı sanki otuz il sapa düşmüş mirvari dənənlərinə bənzədilir.
"Qızıl toy” — ailə həyatının 50 illik yubileydir, çox təsirli keçirilir. Ər-arvad yenidən sevişirlərmiş kimi bir-birlərinin barmağına yenidən qızıl üzük taxırlar.
"Briliant toy" — 60 illik ailə həyatının tarixçəsidir bu.
"Firavanlıq toy”u — ailə həyatının 70 illiyi günündə keçirilir, Bir eşqin , bir sədaqətin əzəmətini ifadə edir bu.

 

Əlamətdar toylar

Mən bir qaya olum, mən bir dağ olum,
Sən sinəm üstündən ötən duman, çən.
Mən meşə qoynunda bir bulaq olum,
Sənsə mənim həzin, şirin zümzüməm.
Bilirsən, o dəmdə nə istəyirəm:
Bir mən olum, bir sən,
Bizə başqa kim lazımdı ki,  görəsən?

Əlamətdar toylar  

Əlamətdar toylar  

 

Əlamətdar toylar


Siz də se...vin bir-birinizi. Nə qədər ki, sağsınız, aydın səma, kəhkəşan sizindir, sevin. Bu hissi "inkir-minkir"ə aparmq olmaz.

Sevirsinizsə, 10 il də çox yaşayacaqsınız...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz