Oğlanlar qız kimi böyüdülür
Müəllif: Anaveusaq.az от 30-10-2018, 00:30
Dünyada salamlaşarkən əl öpmək, dil çıxarmaq və ya toy-nişan mərasimlərinə aid çoxlu sayda maraqlı adət-ənənələr var . Amma bəzi ölkələrdə elə adət- ənənələr də var ki, onlar nəinki təəccüblüdür ki, həm də çox zərəlidir. Belə adətlərin olmasındansa, olmaması daha yaxşıdır.
Məsələn, Samoa mədəniyyətində belə utanc adət, artıq ənənəyə çevrilmişdir. Pisi də budur ki, bu adət digər adətlərdən daha fəal olaraq davam edir. Samoada "Fafafin" adı ilə məşhur olan həmin ənənənin məramı üçüncü cins yetişdirməkdir.
"Faafafine” Samoa adası dilində "Faa” – "fafine” qadın, yəni, söz olaraq "qadın kimi" mənasına gəlir.
"Faafafin” lər bioloji cəhətdən kişi bədəninə sahib olsalar da, qadın davranışlar nümayiş etdirən insanlara deyilir. Bunun əsas səbəblərindən biri, təəssüf ki, ailəsinin zorla övladını buna hazırlamasıdır.
"Faafafin” kişilərlə birlikdə olub, həqiqi bir qadın kimi davranır, hətta bəziləri estetik əməliyyatlar ilə sonradan gerçək bir qadın bədəninə sahib olur. Amma orada bu meyllər transeksuallıq adlandırılmır.
Bu, samoalı ailələrin əsrlərdən bəri istifadə etdiyi bir ənənədir. Onlar bu yolla oğlan uşaqlarından birini təmizlik, uşaq baxımı, təmizlik və yemək bişirmə kimi ev işlərində istifadə etmək üçün qadın kimi hazırlayırlar.
Özlərini qadın ilə kişi arasında tapan yetkinlik çağına girmiş belə uşaqların həyatlarını, adətən, qadın rolunu mənimsəyərək davam etməsi, cinsi tərəfdaşlarını kişilər arasından seçmələri samoalılar tərəfindən böyük fədakarlıq kimi qəbul edilir və qarşılanır.
Qərb dünyası isə "Faafafin” lər haqqında məlumata sahib olduqdan sonra bu ölkəni "Qey Cənnəti" elan etmişdir. Bu, həmin xalqın milli varlığının deformasiya uğramasına səbəb oldu. Digər tərəfdən isə bu seks turizmi səbəbindən həmin ölkədə yoluxucu xəstəliklər daha da artıb.
Bu cür proseslər nəticəsində hökumət, nəhayət, "faafafin”lərə qarşı bir sıra ciddi addımlar atdı və qərblilərin bu marağını sonladırmaq üçün iki kişi arasında belə əlaqələri yasaq edən qərar qəbul etdi.
Ölkədəki iqtisadi çatışmazlıqlar səbəbindən "faafafin”lərin bir qismi Samoanı tərk edib, Avstraliya və Yeni Zelandiyaya köç edərək seks sənayesində iştirak etməkdədir.
Qeyd: Türkcədən tərcümə ilə təqdim edilir
Oxşar postlar:
- Qızları əşya səviyyəsinə endirən utancverici "Drahoma" adəti və ya toy adət-ənənələri haqqında bir neçə söz
- Hindistanda ağaclara analıq edən 105 yaşlı qadın: Saalumarada Thimmakka
- Azərbaycana Bahar qədəm qoyub
- Qadınların idarə etdiyi ölkədə zorakılıq olmur
- Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bir günəş altında” sənədli filminin təqdimatı olub
- Oxunub: 1 292
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Digər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar