» » "Barbi" gəlincikləri haqqında maraqlı məlumatlar

"Barbi" gəlincikləri haqqında maraqlı məlumatlar


"Barbi" gəlincikləri haqqında maraqlı məlumatlar

Dünyada elə əşya və ya məfhumlar var ki, aonların adını heç də hamı eşitməyib, heç də hamı bilmir. Amma "Barbi” addını eşitməyən, nə demək olduğunu bilməyən, Barbini tanımayan çətin ki, kimsə olsun.Çünki Barbi bütün evlərdədir. Uşaqların qayğılı-qayğısız dünyasındadır. Barbi ata-ana olmuş valideynlərin gerçəkləşmiş arzuları, ata-ana olmağı arzulayan gənclərimizin gələcək xəyallarıdır.
Barbi gəlinciyinin müəllifi, yaradıcısı Rut Hendler hesab olunurdu. XX əsrin 40–cı illərində Hendler ailəsi şəkil çərçivələr hazırlayan kompaniya açmışlar. Rut fikirləşir ki, iş prosesində yaranan parça və qırıntıları təkrar istifadəyə qaytarmaqla daha çox fayda götürsünlər. Rut əvvəlcə həmin pqırıntılardan gəlinciklər üçün mebel hazırlayır . Qızı Barbara gəlincikləri ilə oynayanda Rut hər zaman kənardan seyr edib uşaq maraqlarını kəşf edirmiş: qızı kibrit çöpləri yığılan qutulardan və dördükünc müxtəlif oyuncaqlardan öz gəlinciklərinə evlər, yataq, stol kimi ləvazimatlar hazırlayırdı. Ruf da çərçivə hazırlamaqdan mebel ləvazimatları və yataq dəstləri hazırlamağa başladı. Və gördü ki, bu, çərçivələrdən daha yaxşı satılır.
1956-cı ildə Rut Hendler İsveçrəyə istirahət edərkən maraqlı bir gəlincik gördü: gəlincik özündən çox əmin görünürdü. "Lui” adlanan bu gəlinciyin açıqsarı rəngində saçları və çox gözəl formada olan paltarları var idi. Rut uşaqları evcik-evcik oynamaqdan daha maraqlı bir mühitə köçürməyi düşündü və yeni gəlincik yaratmağı qarşısına məqsəd qoydu. Bu məqsədlə "Lilli” gəlinciyinin bütün səlahiyyətlərini əldə edərək yeni gəlinciyini- Barbisini yaratmağa başladı. Sonra 100 ana və qızın iştirak etdiyi sosial sorğu keçirdi: onların fikir və arzularını öyrəndi. Maraqlıdır ki, bütün analar oyuncağa qarşı çıxsalar da, bütün qızlar yeni gəlinciyi bəyənmişdilər.
 

"Barbi" gəlincikləri haqqında maraqlı məlumatlar

 

"Barbi" gəlincikləri haqqında maraqlı məlumatlar

Rut uşaqların sözünə qulaq asmağa qərar verdi. Gəlincik isə qızı Barbaranın şərəfinə "Barbi” adlandırıldı .
1959-cu ildə ilk dəfə olaraq Nyu-York şəhərində təşkil edilmiş yarmarakada bu oyuncaqlar nümayiş etdirildi. İlk "Barbi”nin uzun ayaqları, boya ilə rənglənmiş dırnaqları, əynində çimərlik geyimi var idi, irəli doğru çıxmış döşləri, çox qəşəng bəzədilmiş üzü, qulağında sırğalar vardı. Satıçılar daha çox könülsüz görünürdülər, onların fikrincə, amerikalılar öz uşaqlarına belə oyuncaqlar almazlar. Rut bunları hiss edərək gəlinciklərini televiziya reklamlarına çıxardı. Reklam öz işini görə bildi: çox keçmədi ki, "Barbi” marağı bütün ştatları bürüdü.
"İlk on il Barbi gəlinciyinin sayəsində Hendler ailəsinin cibinə 500 milyon dollardan artıq məbləğ gəlmişdi. 1993-cü ildə Barbi onların ailəsinə 1 milyard dollar məbləğində maliyyə büdcəsi gətirdi, 1994-cü ildə isə bu maliyyə vəziyyəti artıq 2 milyard dollar ilə əvəz edildi. Hazırda isə 40 il bundan əvvəl satılmayan bu gəlinciklər dünyanın 150 müxtəlif ölkəsində bir dənəsi 25-70 dollara satılır. Tədqiqatçıların fikrincə, dünyada daha çox tələbat yaradan 20 mal içərisində bu gəlincik də yer alır. Hazırda amerikan ailələrin çoxunun evində ən azı 10 ədəd "Barbi” gəlinciyinə rast gəlmək mümkündür. Bu vəziyyət İtaliya, Fransa ailələrində də belədir, üstəlik İngiltərədə bu say orta hesaba görə 5 gəlincikdən ibarətdir. Hər il təxminən 20 milyon dollor "Barbi” satışı olur, lakin 1959-cu ildə ilk dəfə buraxılmış iki dollar yarıma satılan "Barbi” gəlincikləri üçün hazırda kolleksiya yığan xüsusi şəxslər 2 min dollar məbləğində pul ödəməyə hazırdılar.
Havay adalarında Barbi muzeyi yaradılmışdır. İngilətərədə Mançester adını daşıyan qəsəbədə "Barbisayağı" adını daşıyan evlərdən ibarət olan küçə hazırlanmışdır.

"Barbi" gəlincikləri haqqında maraqlı məlumatlar
Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz