» » Doğum günün mübarək

Doğum günün mübarək

 

Doğum günün mübarək

Bu gün Mərvə balamın 5 yaşı münasibəti ilə Allah tərəfindən əta olunan gözəl babalıq duyğusunu yaşadım. Gözəldir ona görə ki, hər il bizim üçün əziz olan 2 oktyabr günündə bu duyğunu bizə bəxş edən Mərvənin ətrafına toplaşırıq. Allaha qurban olum, əmin-amanlıq olsun. Dünyanın ləzzəti bu uşaqlar, bu nəvələr imiş. Hər bir evimizə, ocağımıza Allahımızın bu lütfünü arzulayıram. Bütün evlərimizdən körpə səsləri gəlsin, nəvə səsləri gəlsin. Bütün gənclərimiz ata-ana olsunlar. Bütün ata-analar "baba-nənə" deyə əzizlənsinlər. Sizin balalar, nəvələr arasında mənim də balalarım, nəvələrim xoşbəxt olsunlar.

Doğum günün mübarək

Dünyada nə qədər uşaq var, bu gün onları Mərvə kimi əziz və şirin hiss etdim. Allahımızdan bu şirinliyi bizə ürək dolusu qismət etməsini arzu etdim....
Oğlumu+gəlinimi təbrik edirəm: gözləri aydın. Daha böyük fərəhlərini görəsiniz.
Belə yaşasanız, mənim balalarıma həyatı Allahımızın köməyi ilə belə qura bilsəniz, belə davam edə bilsəniz, şükür, şükür, min şükür...
Mərvə balama cansağlığı arzulayıram. Al günəşli, sübh şəfəqli səhərlər arzulayıram. Uşaqlıq həyatını bütün gözəllikləri ilə doyunca yaşamağı arzulayıram.
Ata-ana, baba-nənə nəvazişləri hər zaman səninlə olsun, bütün uşaqlarla olsun deyirəm.
Öpürük səni...

Doğum günün mübarək

Doğum günün mübarək! 

...və sonda hamımız bu gözəl mahnını pışıldayırıq: kimimiz eşidilən tərzdə, kimimiz də səssiz, içimizdə :

Arzu qızım

Söz: İskəndər Coşqun
Mus: Ələkbər Tağıyev 

Ətir saçır gül-çiçək,
Gülsün ömrün bahar tək,
Bizim bu şən həyatda,
Xoş qədəmin mübarək.

Ay mənim Arzu qızım,
Ay mənim Arzu qızım,
Arzu qızım...
Ömrümün yazı qızım,
Sevinci, nazı qızım,
Arzu qızım...

Dağda duman, çən gözəl,
Şehli ot, çəmən gözəl.
Qəlbimdə min arzum var,
Hamısından sən gözəl.

Ay mənim Arzu qızım,
Ay mənim Arzu qızım,
Arzu qızım...
Ömrümün yazı qızım,
Sevinci, nazı qızım,
Arzu qızım...

Ana kimi mehriban,
Varmı gözəl bir insan ?
Gün olsun sən özün də,
Böyük Ana olasan...

Ay mənim Arzu qızım,
Ay mənim Arzu qızım,
Arzu qızım...
Ömrümün yazı qızım,
Sevinci, nazı qızım,
Arzu qızım...

Babaların, nənələrin, əmin, əmin oğulları, bacıların və bir də Ana və Uşaq...

Doğum günün mübarək

 

Doğum günün mübarək

 

Doğum günün mübarək


Doğum günün mübarək


Doğum günün mübarək

 

Doğum günün mübarək


Doğum günün mübarək

 

Doğum günün mübarək

 

Doğum günün mübarək

 

Doğum günün mübarək 

 

 

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz