» » Qızlara aid şeirlər

Qızlara aid şeirlər

 
 11 Oktyabr  Dünya Qız Uşaqları Gününə həsr olunur.

Eldar Baxış: "İlahi, neyləsən, sən mənə eylə”

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri...
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir, gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərəm.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərəm.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı?!
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

...Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın...

 2017-ci ilin dekabr ayında  Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edər 3 alpinistimiz yoxa çıxmışdı: Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə.  

Fəridənin  qız arzulu bir şeiri o vaxt  sosial şəbəkələrdə  paylaşılmış və hamını dərindən sarsıtmışdı.

 

Qızlara aid şeirlər

 

Aşağıda həmin şeiri də  təqdim edirik:

 

   Bir qızım olsun 


Sahib ola bilmədiklərimi ona verə bilim, 
Ola bilmədiklərimi deyim: 

Bir qızım olsun! 
Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim, 
Əclafların qarşısında üzülməməyi öyrədim. 
Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar.


Bir qızım olsun...
Söz versin, insanlara tez inanmasın, 
Tez ürəkdən bağlanıb, qucağını açmasın, 
Alət kimi bir gecəlik olmasın, 
Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
Aciz olmasın, sükut etməsin,
Yüksəklərdə qanad çırparkən süqut etməsin.


Bir qızım olsun...
Dul qalsa əgər, 
Təhqir olunmağına izn verməsin. 
Başqalarının əmlakı olmadığını bilsin, 
Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin. 


Bir qızım olsun, 
Ona deyim ki, səsinə cəsarət qatsın,
Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz, 
Əgər ana ola bilməsə kişilər ölməz !


Bir qızım olsun
Evli qadına rəhm edə bilsin,
Kişi icazəsi olmadan nəfəs ala bilsin,
İstəyirəm Quşları Qəfəs'siz çəkə bilsin. 
Mələk olsun istəmirəm..səhvləri olsun, 
İstəyirəm qadın olsun..qadın ölsün. 

Budur qadınlıq!


Bir qızım olsun 
Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
Kimsə qadına şiddətə cəhd etməyəcək.
Kimsə onu incitməyəcək...


Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Qızlara aid şeirlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz