Məntiq və maraq
Müəllif: Vüsal от 2-10-2016, 15:42
Adi həyatda, xüsusi ilə də bilik yarıçlarında, müsabiqə və viktorinalarda düzgün və uzaqgörən qərarlar çıxarmaq hər bir kəsin məntiqi düşünmə qabiliyyəti ilə sıx şəkildə bağlıdır. Lap ekstremal halların özündə belə, doğru yanaşmaq, səbəb-nəticə arasındakı qanunauyğunluğu, əşya və hərəkətlər arasındakı hərəkət asılılığını müəyyən edə bilmək hər birimizə çox vacibdir. Belə vəziyyətlərdə məntiq mühakimələri köməyimizə çox gələ bilrə Biz də bu tarixdən başlayaraq sizə maraq və məntiqlə bağlı məsələlər təqdim edəcəyik.Bu məsələlər hörmətli alimimiz Məlik – Baxış Əli İkram oğlu Babayevə məxsusdur.
Tapşırıq 1: Futbol komandasında 11 oyunçu vardır.Onların orta yaşı 22-dir. Oyun zamanı bir oyunçu zədələnib meydanı tərk edir. Yerdə qalan oyunçuların orta yaşı 21 oldu. Meydanı tərk edən oyunçunun neçə yaşı vardı?
Tapşırıq 2 :Bir hecadan ibarət olan elə familiya və ya ad deyin ki, ondakı hərflərin sayı 5-dən az olmasın. Tapşırıq 3: Azərbaycanın dadlı yeməkləri sizin hamınıza tanışdır.Məsələn, quşlardan dadlı yeməklər bişirirlər: Lənkəran zonasında quşun qarnına ləvəngi qoyurlar. Bir dostumuz 2 həftə bundan qabaq avtobusla Lənkərandan gəlirmiş. Bunlardan biri şəhər adamı, o birisi də əyalət adamı. Onlar söhbət edirmiş və dostumuz da bu söhbətləri eçidirmiş. Bunlardan biri o birisinə deyirmiş ki, quş aldım ki, evdə bişirsinlər, qarnında xeyli daş vardı. Bu daşlar nə deməkdir və quşun qarnına necə düşüb?
Tapşırıq 4: İki qabı su ilə doldurub odun üstünə qoyurlar. Qablardan birinin içinin səthi hamar, o birinin səthi isə kələ-kötürdür. Hansı qabda su tez qaynayar və bu qablarda su qaynayanda onlarda suyun temperaturu eyni olacaqmı?
Tapşırıq 5: Alıcı pulların yarısını xərclədikdən sonra onda qalan sentlərin sayı əvvəlcə onda olan dolların sayı qədər, dolların sayı isə əvvəl onda olan sentlərin sayından 2 dəfə az oldu. Alıcının lap əvvəldən nə qədər pulu vardı?
Oxşar postlar:
- Oxunub: 3 339
- Şərhlər: 1
- Bölmə: Sərbəst səhifə / Məntiq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar