» » Qanadlı sözlər

Qanadlı sözlər

 Qanadlı sözlər

Öldükdən sonra unudulmaq istəmirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər şeylər edin.
Franklin
***
Dövlət adamının ürəyi başında olmalıdır.
Napoleon
***
Cismani ləzzət almaq həvəsi, kef çəkmək ehtirası ilk fitri nöqsan olaraq insanın bədənində özünə yer tapmışdır.
Nəsrəddin Tusi
***
Ədalətizliyə mane olacaq gücünüzün çatmadığı zamanlar ola bilər. Amma etiraz etməyi bacara bilmədiyiniz bir an, əsla, olmamalıdır.
***
Böyük adamların xətaları Günəşin tutulmasına bənzəyir, onu hamı görür.
Cusonq
***
Yoxsulluğun hökm sürdüyü yerdə nə utanmaq qalar, nə cinayət, nə namus, nə də ruh.
Onore de Balzak
***
Pis adam kömür kimidir, yandırmasa da qara yaxar.
Kəlam
***
Məntig sizi, A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə...
***
Təbiətlərinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.

Konfutsi
***
Bizim "mən”imiz müxtəlif səbəblərin və şərtlərin məcmusudur.
Şərtlər və səbəblər yox olanda "mən” də qeyb olur.
Buddizm fəlsəfəsindən
***
Necə qəribədir? Sevdiyimiz insanın hər yalanında bir dogru, sevmədiyimiz insanın hər dogrusunda bir yalan axtarırıq.
Fyodor Dostoyevski

***

İnsanlar ancaq bildiklərini danışsaydılar, təsəvvür edin necə sükut olardı...

 ***

Çapek

Hamı uzun omür istəyir, amma hec kim qocalmaq istəmir.

  ***

Xoşbəxtlik hər zaman arzudur – bədbəxtlik isə həmişə realdır.

 ***

Özgəsinin sirrini demək satqınlıq, öz sirrini açmaq isə axmaqlıqdır.

Volter 

 ***

Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o düşmənimdir. 

Syun-Tszı
 *** 

 

 Bədənin - ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.

                                                 A.Qlazqou

 ***

Puldan daha vacib şeylər var, amma pulsuz onları ala bilməzsən.

                                                    P.Merime

 ***

 Əgər qəlb özünü hər dəfə bədənin hesabına xilas etməyə çalışırsa, onda qəlb ilə bədəni harmoniyasına necə nail ola bilərik ki?

 İblisin gücü onun mələk səbrindədir.

                                               S.Y.Lets

 ***

 Yaxşı rəssam qaçan adamı onun ayaqlarını göstərmədən də çəkə bilər.

                                                  K. Kraus

 ***

Qanadlı sözlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz