» » Şəkililər belə güldürür

Şəkililər belə güldürür

 

Şəkililər belə  güldürür

İki dost avtobusla Şəkidən Bakıya gəlməyə hazırlaşır. İkimərtəbəli avtobusda ikisinə də bir salonda yer olmadığına görə dostlardan biri aşağıda sürücünün yanında əyləşməli olur. Nəhayət, onlar Bakıya çatırlar.Aşağıda əyləşən dost görür ki, o biri dostu özünü pis hiss edir, rəngi də qaçıb. Dərhal soruşur :
- Ha sənin cözoo yiyim. Nə olutdu ?.
Dostu deyir :
- Haindi bir diyan görax...Sizin avtobusda şofer vardı ?.
Dostu cavab verir :
- Hə, nə olufdu ki ?
Digər şəkili :
- Haa indi Şəkidən Bakıya gələnə qədər ürək= -göbəyimi yemişəm.  Bizim avtobusda şofer yox idi!

Şəkililər belə  güldürür

Tahir avtovağzalda "Ailə Sevinci " lotoreaysı satır. Yanında da biri fındıq satır.
Şəkiyə gəlmiş bir qonaq da "ya naxış” deyib iki lotoreya almaq isteyir:
- A qaqaş, iki dənə "Ailə sevinci” ver
Tahir çaparaq qonağı cibinə iki stəkan fındıq basır.
Qonaq deyir:
- Ə, mən səndən "Ailə sevinci” istədim, fındıq yox.
Tahir:
- Ə, qaqaş, əsl "Ailə sevinci” fındıq ləpəsidir də, özü də qorulmuşundan.

Şəkililər belə  güldürür

Keçəl Əşrəf öyünərək deyərdə ki, mən çox əlamətdar bir gündə doğulmuşam-dekabrın 31-i. Bunu eşidən qonşusu Tursux İvram dözməyərək dillənir:
- Ə hunnansa, bir gün sonra çıxaydın təki başında bir qoma tük olaydı.
Hacı dayının bir rus qonağı olur. Onu qonşuya sünnət toyuna aparır. Qonaq uşağın kiçik toyunu görüb soruşur:
- "A çto yakoy sunnat"?
Rus dilində danışa bilməyən Hacı dayı deyir:
- "Seyças oni budet rezat, a mı budem kuşat".

Şəkililər belə  güldürür

Bir gün Şəkiyə xarici həkimlər gəlir. Xaricilər deyir:
- Qəribədir xəstəni mədədən müalicə edirik böyrəkdən ölür. Böyrəkdən müalicə edirik ürəkdən gedir.
Şəkili həkim deyir:
- Ə, siz dalda qalmusuz. Biz xəstə nədən müalicə ediriksə elə hunnan da ölür.

Şəkililər belə  güldürür

Bir gün Maşağ İsfəndiyardan soruşurlar ki :
- Arvadından razısan?
Deyir:
- Niyə razı olmuyum?! Gündə 100 dəfə çağırıram, "bəli" deyir, amma hələ də gəlmiyib.

Şəkililər belə  güldürür

Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar. Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları yırtıq imiş, ayaqları suyun, palçığın içində olur. Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir.
Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar:
-A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan?
Bəhlul özünü sındırmadan deyir:
-Corabları təzə almışam, ayağımı sıxır.

Şəkililər belə  güldürür

Faytonçu Xurnik Həsən çox baməzə adam olur. Faytona minən müşdərisinə deyir:
-Ağro mən alım, xurcuna haqq deməmişəm, xurcuno çiynaa al.
Müşdəri faytonda çiynində xurcun gedir. Faytonçu müştərisinin bu halını küçədən keçənlərə göstərir, özü də gülür, görənlər də.

 

Şəkililər belə  güldürür

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz