» » Baba təbriki

Baba təbriki


 

Baba təbriki


2 oktyabr...Bu gün nəvəm Mərvənin  9 yaşı tamam olur. Nəvəmə təbrik yazsam da, əslində, ilk arzum dünyanın bütün uşaqlarına aiddir. Bu gün dünyanın bütün uşaqları Mərvədir, Mərvə də onlardan biri. Biz böyüklər öz övladlarımızın, nəvələrimizin əsl xoşbəxtliyini bütün uşaqların bəxtiyarlığında görürük. Dünyada nə qədər gözəl duyğular, şirin arzular, ata-ana əhatəsində, baba-nənə nəvazişində yaşamaq bəxtiyarlığı var, uşaqların olsun, Mərvənin olsun.

"Mərvə” adı XX əsrin 90-cı illərindən başlayaraq yeni doğulan qızlara verilən "Ayişə” və "Fatma” adlarıdan sonra ən çox verilən addır...

Mərvə - Məkkə və Mədinə arasında hacıların 7 dəfə gedib -gəldikləri müqəddəs dağın adıdır.

Ərəbcə " çınqıl daş” mənasına da gəlir: akvarium daşı da ola bilir, mozaika kimi…

Ədəbiyyatda Mərv dağının adına rast gəlsəm də, bunu nə vaxtsa nəvəmin adı ola biləcəyi ağlıma da heç gəlməzdi.  Çünki biz  görüb müşahidə etdiklərimizdən  elə bilirdik ki, qızların adını simvollaşdırmaq olmaz: Aya tən tutmaq olmaz, Günəşə bənzətmək olmaz, ulduz demək olmaz, "Dilək", "Dilrüba" demək olmaz. Amma "Qızqayıt”, "Qızbəs”,"Qızyetər”, "Qıztamam”, "Bəsti” və sair bu kimi adları seçəndə isə  heç kim   Qızqayıtların, Qızbəslərin, Qızyetərlərin, Qıztamamların, Bəstilərin  belə utanc  adlara görə ömürləri boyu  bir sıxıntı keçirəcəyinin  fərqində olmurdu.  Elə oğlan uşaqlarına da  bu tip adlar seçilərdi: İmamverdi, Allahverdi, Allahyar, İmamyar, Məmiş və s.

 Nə yaxşı ki,  bu gün indi  insanlar övladlarına, nəvələrinə ad seçəndə, müəyyən istisnalarla,  adın ehtiva etdiyi mənalara xüsusi önəm verilər.

Bu baxımdan, qız uşaqlarına  "Aydan", "Aytən", "Bəyaz", "Bəxtəvər", "Zəhra", "Zöhrə", "Zümrüd", "Nuray", "Nurtac", "Mədinə"; oğlan uşaqlarına Əli,   Yusif, "Qoşqar", "Araz" , "Ümid", "Elgün", "Turan", "Cabir", "Dəyanət", "Vüsal",  "Rəşad" və sair  bu kimi mərdlik, əyilməzlik mənaları ehtiva edən adlar qoyulması  təbiidir. 

 

Baba təbriki

 

 Bununla belə, müasir dövrdə doğulan uşaqlar arasında oğlan uşaqlarının sayının artması  meyli özünü büruzə verir.  Bu isə yazımızın  əvvəlində  bəhs etdiyim qızlara "Qızqayıt”, "Qızbəs”,"Qızyetər”, "Qıztamam”, "Bəsti” adlarının verilməsi münasibətinin davamıdır. Amma mən  heç vaxt fərq qoymadın. Əksinə, qız nəvəm olanda evimizin, adımızn daha şöhrətləndiyini qəbul etmişəm. Adları da belə seçdik. Bağçaya, məktəbə gedəndə  qız nəvəzimizlə oğlan nəvəzimiz arasında ayrı-seçkilik etmədik. O da əziz, bu da əziz. O da könül meyvəmiz, bu da. Oğlanlar şəcərəimizi davam etdirən nəsil davamçılarımızdırsa, qızlarımız da hərəsi bir ailədə bu oğullarımızla arzu və niyyətlərimizi yaşıllaşdıran ismətli, həyalı ömür-gün yoldaşıdırlar. Gətiririrk də, köçürürük də… O da şirin, bu da şirin… Dünyamız salamat olsun. Allah ömür versin onu da görək, bunu da görək.
Bu gün Mərvə balam babalarının bu niyyətlərinə 9 illik zaman məsafəsində yol gəlir. Artıq üçüncü sinfə getdi. Sonra dördüncü,  beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu  sinfi bitirəcək. Addım-addım bizim üçün adındakı müqəddəsliyi tamamlayacaq məqama gələcək. Arzular bundan sonra da bitib-tükənən deyil… Bəlkə, ona kimi bu arzuların məzmunu daha yeni çalarlar kəsb edəcək. Qoy hamısına birbəbir çataq. Hər birindən doyunca dadaq, növbəti arzuya sonra keçək…
Oğlumu, gəlinimi təbrik edirəm.
İnşallah,  əziyyətiniz  itirməz. Mərvə  balamız da, bacısı da elimizə-obamıza, adımıza-sanımıza layiq övladlar olarlar...
 Tələbəlik dostum Rəfael müəllim sənin üçün yazdığı  şeir  təbrikin duvaqqapması  olsun:
 
 Bu gün sənin günündür,
9 yaşına gəldin.
Təkcə bu gün deyil ki,
Sən binadan gözəldin.

Sən mənim həyatımsan,
Ay gözəl Mərvə balam.
Saatla boy atırsan,
Çatıbsan sərvə, balam.

Babanın qızılgülü,
Nənənin ağ çiçəyi.
Dünyamın bəzəyisən,
Qızların ən göyçəyi.

Anana köməkçisən,
Atanın baş tacısan.
Evin sevimli qızı,
Həcərə də bacısan.

Dərslərindən "5" gətir,
Boy at, boyunu görək.
Günlər o günlər olsun,
Sənin toyunu görək.

Arzular saya gəlməz,
Sən ucalıncan, balam.
Dualarım sənlədir,
Mərvə qızım, can balam!.

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki


Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

                                                Baba təbriki

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

  

Baba təbriki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz