» » Baba təbriki

Baba təbriki

Baba təbriki

 2 oktyabr...Bu gün nəvəm Mərvənin 7 yaşı tamam olur. Nəvəmə təbrik yazsam da, əslində, ilk arzum dünyanın bütün uşaqlarına aiddir. Bu gün dünyanın bütün uşaqları Mərvədir, Mərvə də onlardan biri. Biz böyüklər öz övladlarımızın, nəvələrimizin əsl xoşbəxtliyini bütün uşaqların bəxtiyarlığında görürük. Dünyada nə qədər gözəl duyğular, şirin arzular, ata-ana əhatəsində, baba-nənə nəvazişində yaşamaq bəxtiyarlığı var, uşaqların olsun, Mərvənin olsun.
"Mərvə” adı XX əsrin 90-cı illərindən başlayaraq yeni doğulan qızlara verilən "Ayişə” və "Fatma” adlarıdan sonra ən çox verilən addır...
Mərvə - Məkkə və Mədinə arasında haclıların 7 dəfə gedib -gəldikləri müqəddəs dağın adıdır.
Ərəbcə " çınqıl daş” mənasına da gəlir: akvarium daşı da ola bilir, mozaika kimi…
Nəvəmə bu adı seçəndə ədəbiyyatda Mərv dağının adına rast gəlsəm də, bunu nə vaxtsa nəvəmin adı ola biləcəyi ağlıma heç gəlməzdi. Həm də ona görə ki, biz elə lap o illərdən elə bilirdik ki, qızların adını simvollaşdırmaq olmaz. Amma "Qızqayıt”, "Qızbəs”,"Qızyetər”, "Qıztamam”, "Bəsti” və s. qoymaq olar. Oğlan uşaqlarına "Qoşqar”, " Araz” , "Qafqaz”,"Qorxmaz”, "Cəsur”, "Polad” və s bu kimi mərdlik, əyilməzlik mənaları ehtiva edən adlar qoyulması isə təbii idi. Eləcə də çay və dağ adlarının oğlan uşaqqlarına verilməsi bu arzunun ifadəsi idi.
 

Baba təbriki

 

Bir qədər mühafizəkar olsam da, "Böyük dayaq”dakı Rütəm kişiyə oxşamaq istəsəm də, heç vaxt qız övladları və ya  qız nəvələri ilə oğul övladları arasında  ayrı-seçkilik edilməsini qəbul etməmişəm. O da əziz, bu da əziz. O da könül meyvəmiz, bu da. Oğlanlar şəcərəimizi davam etdirən nəsil davamçılarımızdırsa, qızlarımız da hərəsi bir ailədə bu oğullarımızla arzu və niyyətlərimizi yaşıllaşdıran ismətli, həyalı ömür-gün yoldaşıdırlar. Gətiririrk də, köçürürük də… O da şirin, bu da şirin… Dünyamız salamt olsun. Allah ömür versin onu da görək, bunu da görək.
Bu gün Mərvə balam babalarının bu niyyətlərinə 7 illik zaman məsafəsində yol gəlir. Bu il birinci sinfə getdi. Sonra Əlifba bayramı olacaq, sonra birinci sinfi bitirəcək. Addım-addım bizim üçün adındakı müqəddəsliyi tamamlayacaq məqama gələcək. Arzular bundan sonra da bitib-tükənən deyil… Bəlkə, ona kimi bu arzuların məzmunu daha yeni çalarlar kəsb edəcək. Qoy hamısına birbə-bir çataq. Hər birindən doyunca dadaq, növbəti arzuya sonra keçək…
Oğlumu, gəlinimi təbrik edirəm. Allah əziyyətinizi itirməsin. Övladlarınız elimizə-obamıza, adımıza-sanımıza layiq övladlar olsun

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

 

Baba təbriki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz