Çerimoya

 

Çerimoya

 


Çerimoya "annona cherimola” bitkisinin meyvəsidir. Əslində, "annona” və "rollinia deliciosa” deyilən iki növü də olsa da, "annona” ən tanınan növüdür. "Annona” növünün yarpaqları, adətən, 2-5 sm uzunluğundadır. Bununla belə, 7-15 sm uzunluğunda və 6-10 sm enində yarpaqları da olan növləri də mövcuddur. Əsasən, kiçikgövdəli ağaclarda becərilir. Meyvələri yüngül və ovallıdır. Dünyanın ən ləzzətli meyvələrindən biri kimi qəbul edilir.
Çeriomayanın ana vətəni olaraq qəbul edilən bölgə Cənubi Amerikadır. Florida və Qvatemalada müxtəlif adlarla də məlumdur. Bunlara "Caledonia” və "Chonox” növlərini nümunə göstərmək olar.
Avropa və Uzaq Şərq ölkələri ilə İsraildə çerimoya becərildiyi məlumdur. Çerimoyalar ən çox mənfi 3 və mənfi 4 dərəcə ətrafında bir soyuğa qarşı davamlıdır. Bitkinin böyüməsi üçün isə ilin müəyyən dövrlərində sərin iqlimə ehtiyac var.
Qabığı meyvədən ayrılır və meyvənin ətli hissələri yeyilir. Çerimoyanı 6 dərəcədə və 85-90 faiz rütubət nisbətində 3-4 gün ərzində mühafizə etmək olur.

Çerimoya

Tropik meyvələrdən hesab edilən Çerimoyanın faydaları aşağıdakılardır:

1- Dəri sağlamlığını və saç sağlamlığını qoruyur.

2- Dişləri və sümükləri gücləndirir.

3- Bol A vitamini sayəsində sidik yolları və tənəffüs yolları infeksiyasına qarşı bədənin müqavimətini artırır.
4- Tərkibindəki B2 vitamininə görə miqren növü baş ağrılarının qarşısının alınmasında təsirli olur.

5- İştahverici xüsusiyyəti ilə anaların ən böyük köməkçisidir.

6- Həzmi asanlaşdıraraq, bədənin toksinləri atmasına yardımçı olur.

7- Təbii bir kalsium mənbəyidir.

8- Tərkibində bol su vardır.

9- Aşağı kalori ilə pəhriz edənlərin köməkçisidir.

10- Çerimoya, təzə olaraq istehlak etdiyi kimi, ərzaqlarda ətir kimi də da istifadə edilir.

Çerimoya

 

Çerimoya

 

Çerimoya

 

Qeyd: Yazı türkcədən tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz