» » Bu kənddə yeni doğulan hər bir qız uşağı üçün 111 ağac əkilir

Bu kənddə yeni doğulan hər bir qız uşağı üçün 111 ağac əkilir

Bu kənddə yeni doğulan hər bir qız uşağı üçün 111 ağac əkilir

Bütün xalqların yeni doğulan uşağın dünyaya gəlişini qeydetmə mədəniyyəti vardır. Bu mədəniyyətlərdə diqqətdən yayınmayan bir cəhət var ki, oğlan uşağının gəlişini daha təntənə ilə qeyd edirlər.Qız uşaqları doğulan ailələr dilə gətirməslər də içlərində bir giley olur. Hindistanda bir kənd doğulan hər bir qız uşağı üçün artıq ənənəyə çevrilmiş missiya həyata keçirir. Bu ənənə o qədər maraqlıdır ki, nəinki hind xalqına, bütün dünya üçün nümunə göstərilə bilər. Məsələ belədir ki,

Hindistanın Rajasthan əyalətində Piplantri kəndində qızları və planeti şərəfləndirmək adına hər doğulan qız uşağı üçün 111 ağac əkirlər. Eko feminizmin bu inanılmaz müvəffəqiyyəti nəticəsində indiyə qədər 8 min adam hər bir doğulan qız üçün 111 ağac əkmişdir.
Bu təcrübə Piplantri kəndində qadınlara qarşı münasibət dəyişikliyinə səbəb olduğu kimi, həm də ətraf mühitin mühafizəsinə böyük töhfədir.
Bu kənddə yeni doğulan hər bir qız uşağı üçün 111 ağac əkilir

Ağaclar kiçik qızların simvoludur və kəndlilər bu qözları böyüdürmüşlər kimi əkdiyi ağaclara qulluq edirlər.
Gehri Lal Balai adlı 28 yaşındakı bir ata Hindustan "Times-a” kanalına keçən il əkdiyi 111 fidan haqqında danışarkən demişdir: " Fidanların qayğılarını çəkmək, qızıma göstərdiyim qayğı qədər məni xoşbəxt edir”.
Tarix boyunca, Hindistanın bir çox kəndindəki bir qızın doğulması ailəyə böyük bir yük hesab edildi. Çünki nikah xərcləri üzündən qızlar ailəyə əlavə xərc gətirirdi. Ona görə də, Bu səbəbdən, qızların kişilərə nisbətən daha az qiymət görməsi, kifayət qədər təhsil almaları və 18 yaşından tez ərə getmələri ən doğru addım kimi qəbul edilirdi.
Ona görə də bu ölkədə qadına qarşı şiddət ciddi problem olmaqda davam edir. Ancaq Piplantri kəndində başlanan ənənə bu dünyagörüşə əsl zərbə oldu. Kəndin keçmiş lideri Shyam Sundar Palival kəndə məxsus meşə salma hərəkatına gənc yaşda ölən qızı İcarəni şərəfləndirmək üçün başlamış. Bu kənddə ölən qızlar üçün də 11 ağac əkilir.
Valideynlər kənd icmasında artıq 18 yaşına çatmamış və məktəbi bitirmədən qızlarını ərə verməyəcəklərinə dair bir sənəd imzalayırlar. Eyni zamanda ağaclara qayğı göstərməyə də söz verirlər.
Bu gözəl ənənə, kənddə qadınlara olduğu qədər ətraf mühitə də daha çox dəyər verməyə təşviq edir. Kiçik də olsa, harda olursa-olsun insanlığın, dünyanın gələcəyi üçün fayda verən bütün belə təcrübələrin davam etdirilməsi çox vacibdir. Çünki bir fidan kimi kiçik və diqqət çəkməyən bir varlıq üçün anadan olanda əkilən 111 ağacla dünya üçün yaşıl bir gələcək təmin edilir.
Bu kənddə yeni doğulan hər bir qız uşağı üçün 111 ağac əkilir


Qeyd: Yazı tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz