Hədik

Müəllif: Anaveusaq.az от 2-09-2018, 00:30
Hədik

Mərasim və mövsümi səciyyəli milli yemək növlərimizdən biri də hədikdir.

Tərkibi:

Buğda: 1 stəkan
Süd: 1 l
Lobya: 1 stəkan
Mərci: 1 stəkan
Duz -zövqə görə
Qarğıdalı: 100 qram
Qoz ləpəsi: 100 qram.

Hazırlanması:

Nədik hazırlamaq üçün əvvəlcə buğda və qarğıdalı yuyulur və bir gün təmiz suda saxlanılır ki, yumşalsın.
Lobya, noxud, mərci isə yuyulur və qazan ocağa qoyulmazdan əvvəl suda bir neçə saat saxlanılır.
Bişirməzdən əvvəl buğda və qarğıdalının suyu süzülərək qazana tökülür. Üzərinə 1 litr süd də əlavə edib qaynamağa qoyulur. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), mərci tökülür.
Hədik süfrəyə verilən zaman yanına qoz ləpəsi və müxtəlif çərəzlər də qoyulur.Bəzi yerlərdə qoz ləpəsi qazana bişmə zamanı əlavə edirlər.
Hədik, adətən, uşaq ilk diş çıxardıqda bişirilsə də, məhərrəmlik, həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir.
Hədiklə bağlı bir çox rəvayətlər mövcuddur. Onlardan ikisini təqdim edirik:

Hədik

1.Deyilənə görə, Nuh peyğəmbərin zamanında ilk dəfə hədikdən xörək kimi istifadə olunub. Guya, Nuh peyğəmbərin gəmisində qida qurtarır. Peyğəmbər çıxılmaz vəziyyətdə qalır. O, çuvalların dibində qalan dənli və paxlalı bitkilərin hərəsindən bir ovuc çaxlı toplayaraq qazana töküb Allaha dua edir. Allahın qüdrəti ilə Nuhun qazanı aşıb-daşır, çoxalır. Bu nemət hədik imiş.
Deyilənə görə, gəmidəki bütün canlılar hədikdən yeyir, hətta bir az da artıq qalır.

2. Yenə də deyilənə görə, Peyğəmbər s. a. s xanımı Xədicə də var- dövlətini kasıblara xərcləyərmiş, özü və ailəsi də kasıblar kimi eyni vəziyyətdə yaşamışdır. Bir gün H. Fatimənin uşaqları acından aglayır, Həzrəti-Fatimə görür ki, evdə yemək yox,uşaqlar da sakitləşmir. O, bir qazan götürüb evin arxasına keçir və yerdən xırda daşları yığıb qazana tökür. Həzrəti-Fatimə evə qayıdıb qazana su əlavə edərək ocağın üstüne qoyur və uşaqlara tezliklə xörək hazır olacağını bildirir. Xeyli vaxt keçır , uşaqlar dözməyib ağlamağa başlayırlar.H.Fatimə ocağa yaxınlaşır və öz- özünə deyir:” Ay Allah, mən indi uşaqlara ne deyim !?” O, xörəyi qarışdırmaq bəhanəsi ilə qapağı qaldıranda gözlərinə inanmır. H.Fatimə Allahın möcüzəsinin şahidi olur: qazanda olan daşlar hədiyə çevrilmişdi.

Ona görə də hədik də İmam Hüseynin xatirinə H . Fatimənin bişirdiyi hədik kimi, Aşurada bişirilir və mütləq paylanılır. Uşaq diş çıxaranda da yenə H. Fatimənin uşaqlarına bişirməsi xatirinə əsasən müqəddəs hədik bişirirlər.

Hədik

Qeyd: Yazı internet məlumatları əsasında hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz