» » Dünyanın maraqlı qəbilələri

Dünyanın maraqlı qəbilələri


Sentinel qəbiləsi


Sentinel qəbiləsi dünyadan təcrid ən təcavüzkar insan toplumu kimi tanınır. Təxminən altmış min il ərzində Hind okeanının şimalındakı adada yaşayırlar. Onlar müasir inkişafdan tamamilə təcrid olunduğu üçün xarici dünyanı, hər cür inkişafı inkar edərək həyatlarını davam etdirirlər.
Onlar o qədər aqressivdirlər ki, onlarla ünsiyyət qurmağa çalışan ətrafdakı özləri kimi insanlara hücum edirlər. Bu qadağan zonaya, hətta, elmi araşdırmalar aparmağa da icazə verilmir.
 

Dünyanın maraqlı qəbilələri

Surma qəbiləsi

Surma Efiopiyanın cənubunda - Sudanla sərhədin yaxınlığında yerləşən Omo vadisi dərinliklərində yaşayan qəbilələrdən birinin adıdır .
Surmalılar cəngavərlikləri, qaniçmə vərdişləri ilə regiona qorxu salıblar. Digər qəbilələrdən olanlar öz yanlarına buraxmırlar. Hər biçin mövsümünün sonunda özlərinə məxsus ritualları ilə diqqət çəkirlər. Surma kişiləri əllərində çubuq güc nümayiş etdirirlər. Mərasimdə yüzlərlə savaşcı iştirak edir, çox qan axır. Döyüşçülər döyüşdən bir gün əvvəl xüsusi hazırlanan içki içərək hazırlanır, döyüş gününə qədər heç bir şey yemirlər. Döyüş öncəsi inəyin sidiyi ilə yuduqları qablara inək qanı dolduraraq içirlər. Onlar qanını aldıqları inəkləri öldürmür, qanı xüsusi qabın içinə yığdıqdan sonra deşdikləri nöqtəyə palçıq basaraq qan axmasını dayandırırlar.

Dünyanın maraqlı qəbilələri

 

Dünyanın maraqlı qəbilələri

 

Kayapo qəbiləsi

Kayapo qəbiləsi Braziliyada Xingu çayı boyu fərqli kənddə yaşayan bir qəbilədir. Çətin görünən yollarla əhatə olunan 44 ayrı kənddə yaşayan bu qəbilə özlərini "Böyük su insanları” mənasını verən "mebengokre”lilər adlandırırlar. Təəssüf ki, onların "böyük su istəyi” təhlükı ilə üz-üzədir. Çünki Xingu çayı üzərində inşa edilməkdə olan "Belo Monte Dam” tamamlanmaq üzrədir. Bu tikinti üzündən, meşənin demək olar ki, yarısı su altında qalacaq və Kayapo qəbiləsinin yanaşı bir çox canlı və bitki bundan zərər görəcək.
Bədənlərini rəng rəng boyayan, kənd təsərrüfatı ilə məşğul olan, rəngli başlıqlar taxan bu qəbilə üzvləri artıq motorlu qayıqlar sürür, televiziya izləyir və hətta, Facebooka belə girirlər.
 

Dünyanın maraqlı qəbilələri

 

Dünyanın maraqlı qəbilələri

Spinifex qəbiləsi

Spinifex (Pile Nguru) ən sərt iqlimlərdən biri olan Böyük Viktoriya səhrasında, ən azndan, 15,000 il yaşamış aborigen (ilk yerli sakinlər)bir qəbilədir. Avropalılar Avstraliyaya yerləşdikdən sonra belə bir soyuq və quru iqlimlə qarşılaşdığından bu qəbilə əsasən tək qaldı. Lakin bu vəziyyət 1950-ci illərdə dəyişdi. Spinifex torpaqları kənd təsərrüfatı üçün əlverişli deyildi. Avropalılar bu şoran torpaqları istifadə etmək üçün "yararlı” səbəb tapdılar: bu yerlərdə nüvə sınaqları keçirmək.
1953-cü ildə İngiltərə və Avstriya hökumətləri Spinifex qəbiləsinin məskunlaşdığı ərazilərdə onların razılığı olmadan və çox az xəbərdarlıqla nüvə bombaları partlatdılar. Bu hadisədən sonra qəbilə üzvlərinin çoxu başqa yerlərə köçüb, 1980-ci illərin sonuna qədər torpaqlarına geri qayıtmadılar. Geri qayıdandan sonra isə öz ərazilərini geri almaq üçün çətin bir döyüşə qatılmaq məcburiyyətində qaldılar. Onların bölgədə qoyduqları sənət əsərləri özlərinin yerli xalq olduqlarını sübutr etmələrinə kömək etdi.
 

Dünyanın maraqlı qəbilələri

 Batak qəbiləsi

Filippin Palavan adasında yaşayan Batak tayfası planetin ən fərqli insanlarına ev sahibliyi edən bir tayfadır. Onlar Afrikaya ən uzaq qohum irqlər olan "Negerito” və "Australoid” irqinə aid olduqlarını və hamının da bu irqdən gəldiyini düşünürlər. Bu da onların 70,000 il əvvəl Afrika tərk edən ilk qruplardan biri olduqlarını göstərir və təxminən 20,000 il sonra Asiya qitəsindən Filippinə keçdikləri güman edilir.
Eynilə digər bir çox yerli qəbilə kimi onların da xəstəliklər, ərazi istilaları və müasir texnologiyaların tətbiqi üzündən sayları azalıb. Hazırda burada 300-500-ə yaxın üzvü var. onların da üz-üzə qaldıqları ən böyük təhlükə ekoloji problemlərlə bağlıdır. Doğrudur, Filippin hökuməti müəyyən sahələrdə meşələri məhv etməyi qadağan edib , bu, yaxşı bir siyasət olsa da, Batak qəbiləsini yeni bir problemlə üz-üzə qoymuşdu. Onlar meşə sahələrini yandıraraq bu yerlərdən kənd təsərrüfatı məqsədləri ilə istifadə etmək adətləri vardı, artıq bu, mümkün olmayacaqdı. Bu da bataklıların kifayət qida təchizatına əks təsir göstərdi.
 

Dünyanın maraqlı qəbilələri

 Andamanese qəbiləsi

 Andamanes qəbiləsi "negritos” kimi də təsnif edilir, amma boylarının son dərəcə qısa olmasından ötrü (məsələn, kişilər 1.50 dən aşağı) "piqme” olaraq da adlandırılırlar. Qəbilə  Benqal qoyunda yaşayırlar. Eyni ilə Batak qəbiləsi kimi onlar  da Afrikadan köç edən ilk qruplardan biri hesab edilir və 18-ci əsrə qədər çox ibtidai təsəvvürlərlə  inkişaf edirlər. 19-ci əsrə qədər  onlar  odun nə olduğunu  bilmirdilər.

 

Dünyanın maraqlı qəbilələri

 

Dünyanın maraqlı qəbilələri 

 

 

Piraha qəbiləsi

 

 Amazon və Braziliya boyu bir çox kiçik, ibtidai qəbilə olmasına baxmayaraq, Piraha qəbiləsi heyranedici bir qəbilədir. Çünki onların üzündəki digər qəbilələrdə olduğundan  çox fərqli dilləri və mədəniyyətləri var. Piraha dili çox qəribə xüsusiyyətlərə malikdir. Dil bir neçə səsi ehtiva edir, say sözləri , keçmiş zamana dair heç  söz mövcud deyil. Pirahalıların saymağa ehtiyacları yoxdur.

Onların fikrincə,  müəyyən bir tarixiniz yoxsa, mövcud şeylərin qeydiyyatını tutmaq məcbur deyilsinizsə və sadəcə, görüb  inanırsınızsa,  lazımsız bir çox sözlərə, saya  ehtiyacınız qalmaz.

 Pirahalar, ümumiyyətlə, qərblilərdənçox fərqlənirlər. Missionerlərin təkliflərini  bütün gücləri ilə rədd edirlər və müasir  texnologiyalarla  heç maraqlanmırlar. Liderləri yoxdur və digər insanlar kimi cinsi kiçik problemlərə də alüdəçilikləri də yoxdur. Ehtiyac duyulan mənbələri təmin etmək üçün digər insanlarla və ya qəbilələrlə cinsi və ya romantik münasibətlər qurmurlar.

 

Dünyanın maraqlı qəbilələri

 

Dünyanın maraqlı qəbilələri

 

Dukha qəbiləsi

 

 Çoxumuz şimal marallarının, sadəcə, Şaxta babanın kirşəsini çəkən fantastik varlıqlar olduğunu düşünürük . Amma Dukha qəbiləsi  üçün bu heyvanlar həyatı əhəmiyyət daşıyır.   Monqolustanın çox soyuq və dağlıq bölgələrində çox az resursları var. Onlar  süd, pendir təminatı , habelə, nəqliyyat, ovçuluq ehtiyacları və  turist cəlb etmək üçün şimal marallarfına  bel bağlayırlar.

 Lakin bir çox kiçik qəbilə kimi Dukha qəbiləsinin də həyatları təhlükələrdən də uzaq deyil. Çünki şimal maralları   getdikcə azalır. Bu azalmaya səbəb olan müxtəlif amillər var, amma ən böyük səbəbi ovlanmadır.

 

Dünyanın maraqlı qəbilələri

 

Dünyanın maraqlı qəbilələri

 

 

Əl -molo qəbiləsi

 

 Keniyanın yüz illərlə mövcud olan  Əl- molo qəbiləsi ətraflarındakı digər qəbilələrin daima təcavüzlərinə görə, kiçik bir regionda təcrid şəkildə yaşayırlar, amma hələ də rahatlıqları yoxdur.   

 Adları  həyatlarını   heyvandarlıq və  başqa şeylərdən qazanan insanlar  mənasına gələn bu qəbilə, həyatda qalmaq üçün yalnız balıq və su canlıları  ticarəti ilə məşğul olurlar. Amma, təəssüf ki, onlar üçün böyük əhəmiyyətə malik göllər  hər il 30 santimetr qədər yox olur və bu hal suyun daha azalmasına, çirkin artmasına və balıq populyasiyasının azalmasına səbəb olur. Keçmişdə bir, iki gündə tutduqları balığı ovlamaları üçün indi bir həftə məşğul olmaları lazımdır. Həmçinin, bu balıqları tutmaq üçün  daha dərinə getməyə məcbur olduqlarından timsahlar tərəfindən  həyatlarını itirirlər. Bu bölgədə, bir də qonşu qəbilələrin də daxil olduğu böyük bir balıq ovlama yarışı var və şərtlər pozulduğu halda,  Əl- molo qəbiləsi müqavimət göstərmədən, müxalif qəbilələr tərəfindən asanlıqla zəbt ediləcək vəziyyətdə qalır.

 Bu qədər şey azmış kimi, bir də vəba da  onlar üçün bir ayrı dərddir. Hər il  nə qədər  insan vəbadan həyatını itirir. Günümüzdə Əl -lolonun əhalisinin 400-ə qədər olduğu  təxmin edilir və antropoloqlar  bunlardan yalnız 40-a qədərinin saf Əl- mololu olduğunu düşünür.

 

Dünyanın maraqlı qəbilələri

 

Qeyd: Yazı tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz