» » Dünyanın ən çox ziyarət edilən Luvr muzeyi haqqında

Dünyanın ən çox ziyarət edilən Luvr muzeyi haqqında

 

Dünyanın ən çox ziyarət edilən Luvr muzeyi haqqında

 

Dünyanın ən çox ziyarət edilən sənət muzeyi 1793-cü ildə Fransanın paytaxtı Parisdə inşa edilən Luvr muzeyidir.
 Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.
Luvr muzeyi dünya səyahətçiləri və turistlər üçün Luvru ziyarət etmək Parisdə ediləcək ziyarətlərin başında gəlir. Bu muzey çox geniş və bədii və qiymətli sənət sənət abidələrinin qorunduğu qiymətli məbəddir. Ümumi uzunluğu 3 kilometr olan muzeydə 38 min eksponat nümayiş etdirilir.Amma buna əlavə olaraq anbar rəflərində daha 422 min ədəd eksponat da mühafizə edilməkdədir. Bu qədər əhatəli bir muzeyin qorunması və idarə olunması üçün çox işlər görülməlidir. Bu məqsədlə muzeydə 2 min nəfər əməkdaş fəaliyyət göstərir. Bunlar 65 nəfəri curator,muzey direktoru və 145 ekoloji təşkilatçıdır. Min işçi təhlükəsizlik işçisidir. Bundan əlavə, 24 saat keşik çəkən 48 xilasetmə qrupu keşik çəkir.
Muzey ilk olaraq "François I” adı ilə bir saray kimi inşa edilmişdir
13-cü əsrdə kral Filipp Augustus tərəfindən inşa edilmiş qala tamamilə dağıdıldığı halda, muzeyin qarşısındakı məşhur şüşə piramidanın inşası zamanı qazıntı aparan arxeoloqlar, təxminən, 7 metr aşağıda qalaya aid orijinal xəndək aşkar etmişlər.
Bütün binanın muzey halına gətirilməsi, təxminən, 200 il vaxt tələb etdi.
Luvru kral iqamətgahı kimi istifadə edən son kral XIV Luis olmuşdur. 1682-ci ildə o özü sarayını Versal Sarayına daşıtdırmışdır. Fransız İnqilabı illərində - 1793-cü ildə o, Sənət Mərkəzi Muzeyi olaraq Böyük Qalereyada açılmışdır. Napoleon Bonapart və III Napoleon Luvra bir sıra əlavələr edərək onun prestijini bir qədər də artırmışdı. Binanın muzey kimi istifadə edilməsi 1993-cü ilədək reallaşmamışdır.

 

Dünyanın ən çox ziyarət edilən Luvr muzeyi haqqında

 

 

Qeyd: Yazı tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz