» » Hippilər haqqında nə bilirik

Hippilər haqqında nə bilirik

Hippilər  haqqında nə bilirik

Hippilik bütün mövcud idarəçilik strukturlarını rədd edərək ilkin həyat tərzini müdafiə edən bir azadlıq istəyidir. Hippi həyat tərzi, əslində, bugünkü mütləq retçiliyin təməllərini qoyan bir quruluşdur. Retçilik özü isə əxlaqi üstünlükləri, dini və ya siyasi baxışları ilə ətrafdakılardan ciddi şəkildə fərqlənən bir sosial baxışdır.
Hippilər dini və vicdan azadlığı haqlarını hər şeyin fövqünə qaldırır, hərbi xidmətdən imtina edirlər. Onlar ABŞ-da hələ 1960-cı illərdə dövrün kommunist və faşist hərəkatına qarşı çıxmağa başlamışdılar.
Hippilərin müəyyən bir qismi narkotik vasitələr qəbul edilməsini rədd etsə də, bəziləri kenevir(bitki), LSD(psixoaktiv hallünasiya) və sehirli göbələklər kimi narkotiklərdən istifadə edirlər.
"Hippi” sözü daha çox "freaks” adlanır, yəni, "narkotik asılısı” adlanır.
Hippilər geyim tərzlərinə və üslublarına da bir ayrı diqqət yetirirdilər. Hippi stil geyimləri özlərinin fəlsəfsinə uyğun olaraq rahatdır: saç modellərindəki dağınıqlıq da əyləncə, zövq həyatının fəlsəfəsinə uyğun şəkildə formalaşdırılmışdır.
Hippi tərzini yaşadan insanlar, mənimsədikləri cərəyan sayəsində saymazyana görünsələr də, illərdir dəb dünyasının gündəmində olduqlarını və moda dünyasına istiqamət verdiklərini rahatlıqla deyə bilərik. Hippi, hazır geyimə və markalara qarşı çıxır. İkinci əl geyim üstünlük verirlər və adətən əllərindəki parçaları birləşdirirlər. Daim təbiətin bütün rəngləri istifadə etməyə çalışırlar. Paltarlar, köynəklər, eynəklər, ayaqqabılar və üzərilərində istifadə etdikləri bütün parçalar canlı rənglərdən ibarətdir.
 

Hippilər  haqqında nə bilirik 

 

Hippilər  haqqında nə bilirik

Bu həyat tərzini qəbul edən insanlara həm də "çiçək uşaqlar” deyilmişdir.
Hippilərin siyasi partiya və ya hərəkatları yoxdur. Dünya şöhrətli boks çempionu Məhəmməd Əli bu dövrdə mətbuatda çıxış edir ki, Vyetnam müharibəsi ədalətsizdir və o, orduya getməyəcək. Buna görə, hətta, Məhəmməd Əlinin idman karyerası məhdudlaşdırlır və o, 3 il müddətinə rinqə çıxmaqdan məhrum edilir.
1965-ci ildə zənci inqilabçı lideri Malkolm X-i öldürürlər. Onun yerinə gələn Martin Luter Kinqin məşhur "Bir xəyalım var” nitqi də bu dövrdə söylənilmişdir.
Bu dövrdə ABŞ-da hippilər arasında azadlıq və anti-militarist hərəkatlar ortaya çıxdı. 60 ABŞ əsgəri ilə başlayan ən mühüm hərəkat Amerika Birləşmiş Ştatları tərəfindən aparılan Vyetnam müharibəsi əleyhinə hippilərin müxalifətidir. Bu dövrdə ABŞ gənclər orduya səfərbər olunmalar əleyhinə idilər.
1970-ci illərdə Türkiyə hippiər üçün çox əhəmiyyətli yerlərdən biri olmuşdur. Bir çox hippiər Katmandu, Tibet kimi yerlərə gedərkən, Türkiyədə, xüsusilə də İstanbul Sirkecidəki təkulduzlu otellərdə və pansionlarda məskunlaşıdılar. Həmin dövrdə Türkiyənin özündə də hippilik formalaşmağa başlamışdı. Bir çox sol insanlar amerikadan gəlmiş insanlarla görüşüb ünsiyyətdə olduqları üçün siyasətdən uzaqlaşdılar və onlarla birlikdə dünya səfərlərinə çıxdılar. Bu gün Türkiyə hippiçilik üçün əhəmiyyətli nöqtələrdən biri olmaq xüsusiyyətini qoruyur.

1970-ci illərdə gənc insanlar arasında mövcud sistemə qarşı ziddiyyət və azad yaşamaq arzusu sürətlə inkişaf edirdi. Gənc oğlanların müharibələrə cəlb ediməsi, gənc qızlara onları sıxan ənənəvi həyat tərzi ilə yaşamaq məcburiyyəti ortaya fərqli meyillər çıxarmışdı. Belə baxışlarda olan bir çox gənclər öz sistemlərini qurur və tamamilə təbii bir şəkildə yaşayaraq dünyanın dadını çıxarmağa çalışırdılar. Bəzilərinə görə bu pozğun bir davranış olsa da, bəzilərinə də maraqlı gəlirdi. Amma hippi qrupların maraqlı həyat tərzlərini hər kəs heyrətlə izləyirdi.
Həmin illərin hippi mədəniyyətindən bir çox şey xatirə qaldı:musiqilər, şəkillər, maraqlı qaydalar və s.
Hippi icmalarının bir-birindən maraqlı həyat tərzlərini əks etdirən olan fotolara buyurub baxın.
İctimai qaydaya, istehlaka və zorakılığa qarşı çıxan, daimi məskulaşma yerləri olmayan və bunu istəməyən, sərbəst yaşamağa meyil edən, təşkilatlanmamış gənclər topluluğu. Bəs, həqiqətən də belədirmi?
1950-ci illərin Beat nəslindən olan və sonralar hippi öncülləri olacaq gənclər hələ 1940-cı illərdə Nyu-yorkdakı Kolumbiya Universitetində təhsil alarkən ədəbi yığıncaqda tanış olduqları həmfikir tələbə yoldaşları ilə Böyük Böhran sonrası yaranmış işsizlər ordusunun bir qrupu ilə qatarla Amerika gəzməyə başladılar. Onlar getdikləri hər bir əyalətdə yeni insanlarla tanış olur, tərəfdar toplayır və beləliklə, adı hələ qoyulmasa da sistemə, ənənəyə və vərdiş həyat tərzlərinə müxalifətdə olan bir kütlə yaranmağa başlayırdı.
Bu qrup getdikcə Nyu-York mərkəz olmaqla Denver və San-Fransiskoda toplaşmağa başladılar. Qrup içərisində incəsənətin müxtəlif növləri ilə məşğul olanlar varsa da, Beat nəsli ən çox ədəbiyyat sahəsindəki fəaliyyətlərini önə çıxacaqdı.

 

 

Hippilər  haqqında nə bilirik

 

 
1960-cı illərin əvvəllərində sivilizasiya və kapitalizmin yaratdığı istehlak cəmiyyətini rədd edən bu gənclər Amerikadakı böyük kanyonlarda ("yarıq mənzərəsində" gənc vadi) icma halında yaşamağa çalışdılar. Bu ilk pro-hippiler özlərini hazırladılar və təqdim etdilər, kənd təsərrüfatı ilə - tərəvəzçilik, əkinçilik və əkib-becərdiklərini toplamaqla məşğul olurdular. Onlar ət yemirdilər.
 

Hippilər  haqqında nə bilirik

1965-ci ildə Vyetnam müharibəsi 1965-ci ildə ABŞ-ın Vyetnamı işğal etməsi onları daha çılğın etdi. Vyetnama əsgər göndərməsini etiraz etmək məqsədi ilə ortaya çıxan gənclər cəmiyyətdə böyük əks-səda doğurdular, bu dalğa getdikcə bütün dünyaya yayılmışdır.
Onlar 1960-cı illərdə artıq bütün dünyada güclənən azadlıq axınından və döyüş əleyhinə başlayan etirazlardan təsirlənən gənclərin dalğasına stimul verdilər. Bu dalğa "68 uşağı” (68-ci illin uşaqları) adlandı. Eyni dövrdə kapitalist bir çox ölkələrində və xüsusilə ABŞ-da mövcud sistemə zidd hərəkətləri önə çıxaran hippiçilik də azad və antimilitarist axın kimi meydana gəldi.
"68 uşağı”na təkan verən hadisələrin ilki Fransadakı Sorbonna Universitetində tələbələrin üsyanı oldu. Latın Amerikasında inqilabçı Ernesto Che Guevaranın 9 oktyabr 1967 –ci ildə La Higuerada Bolivya ordusu əsgərlərinin əlində öldürülməsi bu hadisələrdən ən güclüsü idi.
Hippilər o illərdə böyük rəğbətlə qarşılaşılan "blues”, "rock” və "psikedelik” musiqilərlə maraqlanırdılar.
Onların məşhur mahnıları vardı :"Çiçək uşaqlar”.
 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

Mahnı savaş etirazlarını ifadə edən hippilərin əsgərlərin istifadə etdikləri silahların lülələrinə çiçək doldurduqları üçün belə adlandırılmışdı.
Hippilər musiqili tədbirlər, festifallar keçirməyə çox maraq göstərirdilər.Belə festifallardan biri "Woodstock festivalı”dır.
Bu festivalı 15-18 avqust 1969-cu ildə Betheldəki süd fermasında (Nyu-York) keçirilmişdir. Vyetnam müharibəsinə qarşı etirazların təşkil edildiyi və bu etirazların ağır bir şəkildə yatırıldığı mühitdə , hippilər ümidsizliyə düşmüşdülər. 1969-cu ildə reallaşan bu festival üç gün ərzində onların ümidsizlikdən uzaqlaşmaq niyyətlərini ifadə edirdi. Ölkənin dörd bir yanından 450 min gənc festivalı izləməyə gəlmişdi. Festivalda Jimi Hendrix, The Who, Janis Joplin, Crosby, Stills, Nash Young, Richie Havens, Jefferson Airplane, Joan Baez kimi sənətçilər və qruplar öz ifaçılıq məharətlərini nümayiş etdirmişlər. "Woodstock festivalı” 1960-cı illərdə gənclərinin toplanmasının simvoludur.
Hər cür azadlığın fərdin öz içində olduğunu müdafiə edən hippilər ailə, din, milli kimlik kimi dəyərləri ənənə olaraq qəbul etmişdilər və digər heç bir ənənəyə inanmırdılar.
Hippilərin təsirləndikləri kitaplar, ümumiyyətlə, naturalist, ekoloji, azadlıq problemlərini mövzu seçən kitablar idi.
Hippi nəsli yazıçıları sənətdə heç bir cərəyana birbaşa bağlanmırdılar, populyar ədəbi formalardan istifadə etmirdilər. Beat nəsli yazıçı və şairlərinin ilk əsərləri, qeyri-adi üslub və məzmununa görə, həmçinin açıb ortaya qoyduqları dəhşətlərə görə, böyük narazılıqla qarşılanır, senzuraya məruz qalırdı. 1950-ci illərdə bu səbəblə onlara çoxlu sayda cinayət işi açılmışdı. Belə əsərlər, böyük senzuralardan keçə bildikdən sonra dərc olunurdu.
Jack Kerouacın "Yolda” (On the Road, 1957) və "Qadın dəliləri” (Dharma Bums), Allen Ginsbergin "Ulama” (Howl, 1956) və Uilyam S. Burrough-in " Çılpaq şan” (Naked Lunch, 1959) adlı əsərləri bu cərəyanın ilk və mühüm abidələrindəndir.
Məşhur psixoloq , sosioloq və filosof alim Erik Fromm hippiliyi kütləvi bir hərəkat olaraq ən ardıcıl və tutarlı hərəkat kimi dəyərləndirmişdir.

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Hippilər  haqqında nə bilirik

 

Qeyd: Tükcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz