» » Nəfəs yoluna düşən yad cisimləri HEYMLİX metodu ilə necə kənarlaşdırmalı

Nəfəs yoluna düşən yad cisimləri HEYMLİX metodu ilə necə kənarlaşdırmalı

İnformasiya agentlikləri ABŞ-da restoranların birində gözlənilməz bir hadisə ilə bağlı məlumat dərc etmişdilər. Həmin hadisənin məzmunu da bundan ibarət idi ki, Florida ştatında iki uşağı ilə birlikdə alış-veriş etməyə gələn qadın sonra marketdəki restoranda nahara əyləşib. Yemək yeyən zaman uşağın boğazına toyuq sümüyü düşüb və uşaq boğulmağa başlayıb.Ana nə qədər çalışsa da, körpəsini boğulmaqdan xilas edə bilməyib.Hadisə yerinə gələn polis uşağı anasının qucağından alaraq əvvəlcə yüngülcə körpənin kürəyinə vurmağa başlayıb , daha sonra isə polis bir qədər də güclü şəkildə vurub.

Nəfəs yoluna  düşən yad  cisimləri    HEYMLİX metodu ilə necə kənarlaşdırmalı

Xoşbəxtlikdən polis uşağın həyatını xilas edə bilib. Şok keçirən ananı ətrafdakı insanlar sakitləşdirib. Həmin polis əməkdaşı artıq öz ölkəsində "qəhrəman” elan edilmişdir.
Belə hadisələr həyatda hər zaman müşahidə edilən hadisədir Kiminin boğazında sümük, kiminin boğazında "çöp” və sair yad cisim.
Bu, çox təhlükəlidir.Çünki nəfəs yoluna düşüb, ani vaxtda nəfəs daralmasına səbəb olur.Əgər vaxtında həkim müdaxiləsi olmazsa, belə hadisələr ölümlə də nəticələnə bilər.
El arasında belə vəziyyətdə uşaqları xilas etmək üçün dərhal su verirlər ki, sümük və ya yad cisim düşsün, hətta barmağı və yaxud çay qaşığı ilə çıxarmağa cəhd edənlər də olur. Amma bunlar mütəxəssis müdaxiləsi olmadığı üçün çox vaxt səmərəsiz, bəzən də daha təhlükəli ola bilər.
Belə vəziyyətlərdə ən yaxşı metod Heymlix texnikası ilə edilən metoddur. Metod tibb elmi tərəfindən dəstəklənir. Təqdim etdiyimiz video ilə bu metodun texnikasını öyrənməyə dəyər.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz