» » Dünyanın ən uzunqanadlı quşu - albatros

Dünyanın ən uzunqanadlı quşu - albatros


Dünyanın ən uzunqanadlı quşu - albatros

Al­bat­ros­ların qanadları 3,5 - 4 metrə çata bilər. Qanadları tutan xüsusi bir çarpma quruluşu (çiyin kilidi) sayəsində, çox əzələ enerjisini sərf etmədən onları açıq saxlaya bilirlər. Ən uzun qanadı açıq olan və dayandırmadan 10 il uçan yeganə quşdur.
Hə­yat­la­rı­nın 92 fai­zi­ni açıq də­niz­lər­də ke­çi­rir və qu­ru sa­hə­si­nə de­mək olar ki, en­mir­lər. Bu quş nö­vü­nün ən əsas xü­su­siy­yə­ti onun da­yan­ma­dan uzun müd­dət uça bil­mə­si­dir. Bu çə­tin işi isə al­bat­ros xü­su­si uçuş tər­zi sa­yə­sin­də ba­ca­rır.Al­bat­ro­sun uç­ma­sı üçün qa­nad­la­rı­nı kü­lə­yə qar­şı tam aça­raq ha­va­da da­yan­ma­sı ki­fa­yət­dir. Bu şə­kil­də qa­nad çal­ma­dan sa­at­lar­la uça bi­lir. Quş bu­nu qa­nad­la­rı­nı müm­kün qə­dər ge­niş aça­raq ye­ri­nə ye­ti­rir.
Al­bat­ros yu­xa­rı qal­xan ha­va axın­la­rın­dan və kü­lək­dən is­ti­fa­də edə­rək bun­la­rın is­ti­qa­mə­tin­də uçur. Kü­lə­yin için­də ziq­zaq­va­ri şə­kil­də xət­lər cı­za­raq və axın­dan-axı­na ke­çə­rək hə­rə­kət edir. Al­bat­ros bu şə­kil­də heç bir qa­nad çal­ma­dan sa­at­lar­la su üzə­rin­də uça bi­lir.
Xü­su­sən də 3,5 -4 metr­lik bu nə­həng qa­nad­la­rı sa­bit şə­kil­də açıq sax­la­maq üçün çox bö­yük güc tə­ləb olu­nur. Al­bat­ros­la­rın nə qə­dər çə­tin bir işi ye­ri­nə ye­tir­di­yi­ni an­la­maq üçün al­bat­ro­su bir in­san­la mü­qa­yi­sə edək. Bir in­san qol­la­rı­nı hət­ta az müd­dət də ol­sa ha­va­da sax­la­ma­ğa ça­lı­şan­da çə­tin­lik çə­kir. Bir qə­dər son­ra əzə­lə­lə­ri ağ­rı­ma­ğa baş­la­yır və qol­la­rı­nı aşa­ğı sal­ma­ğa məc­bur olur. Hal­bu­ki al­bat­ros­lar qa­nad­la­rı­nı sa­at­lar­la ha­va­da açıq sax­la­ya bi­lir­lər.
Al­bat­ros­la­rın qa­nad sü­mük­lə­rin­də qa­nad­la­rı­nı açıq və­ziy­yət­də sax­la­ma­ğa im­kan ve­rən mü­əy­yən ki­lid sis­te­mi var. Məhz bu ki­lid sis­te­mi sa­yə­sin­də on­lar əzə­lə gü­cün­dən is­ti­fa­də et­mir. Bu da uçu­şu xey­li asan­laş­dı­rır. Bu xü­su­si sis­tem sa­yə­sin­də gün­lər­lə, həf­tə­lər­lə, hət­ta ay­lar­la ən az ener­ji iti­rə­rək heç da­yan­ma­dan uçur­lar.

Qeyd : Yazı icazə verilən mənbədən tərcümə yolu ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz