» » Qarpız haqqında

Qarpız haqqında

 

Qarpız haqqında

 

Qarpızların cinsi olduğunu heç düşünmüsünüzmü? Düşünmüsünüzsə, onları necə fərqləndirirsiniz?
Uzun və oval qarpızlar "kişi" kimi tanınır və dəyirmi olanlar "qadın" kimi tanınır. "Kişi" qarpızları sulu olsa da, "qadın" qarpızları şirin olur. 
Bəziləri elə hesab edirlər ki, böyük qarpızlar daha şirin olur, amma əsas olan ölçü deyil, qarpızın ağır olmasıdır. Ağır olmayan qarpızların içi yumşalmış, ötmüş olur..

Sapına baxın

Qarpızın sapına baxaraq da, dəyib- dəymədiyini aşkar etmək olur. Əgər qarpızın sapı qurudursa, deməli, yetişib, almaq olar. Ancaq sapı quru deyilsə, o qarpız erkən dərilmiş də ola bilər.
Qarpızın çatlaq hissələri hörümçək toruna bənzəyir. Qarpız üzərindəki qəhvəyi nöqtələr və zolaqlar qarpız böyüyərkən çiçəyinin arılar tərəfindən tez-tez ziyarət edildiyini göstərir. Yenə qarpızdakı kiçik nöqtələr və ləkələr də yaxşı olduğunu göstərir.

Qarpız haqqında

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz