» » İş həyatına yeni başlayanlar üçün tövsiyələr

İş həyatına yeni başlayanlar üçün tövsiyələr

Müəllif: Vüsal от 30-09-2016, 09:19

 

İş həyatına yeni başlayanlar üçün tövsiyələr

 

İnsan həyata gəldiyi gündən onun inkişafı başıalayır: əvvəlcə fiziki inkişafı və daha irəli getdikcəsosial-mədəni inkişafı. Yəni həyatın özünün motivasiyası budur ki, insan daim irəliyə doğru səmtlənsin: bunun digər bir adı da karyera qurmaqdır. İnsanlar katyera qurmağa ilk əvvəl illər müddətinə başa gələn bir təhsillə başlayır. Elə ki, təhsilini başa vurub ixtisaslı mütəxəssis olur, artıq bu zaman dan iş həyatı başlayır, amma insan yenə də öz inkişafı qayğısına qalır. İş həyatı insana tamamilə başqa bir dünyanın qapılarını aralayır. İnsan artıq professional həyatın mərkəzindədir. Bəs bu həyatın özəllikləri nədir? Unudulmamalı ki, yeni mühitin öz spesifik qayda – qanunları vardır :insanlarla davranışından tutmuş, hərəkətlərinə, tualetə gedib-gəlişinə, telefonla danışığına, hər şeyə yeni mühitin tələbləri baxımından yanaşmalıdır.
Türkiyədə bununla bağlı ayrıca kitab yazan Bahar Madazlı ğənclərə öz təcrübələrini paylaşmışdır. Müəllif, həmçinin iş həyatı ilə bağlı maraqlı təkliflər vermişdir:

1- Qaşıya çıxan çətinlikləri öyrənməmək üçün bir səbəb YOX!
Bilmədiyiniz bir məsələ ilə bağlı qarşınıza müxtəlif məqamlar çıxa bilər. Onları dərhal rədd etməyin. Bəlkə də sizi iş həyatınızda yaxalayan bu məqamlar ani qərar verə bilmədiyiniz və fürsəti dəyərləndirə bilmədiyiniz bir sahə olsa da, karyeranız üçün ən parlaq işıq ola bilər. Amma bir şərtlə: digər insanlardan ikiqat daha çox çalışmaqla. Çox çalışan insan çalışmağa üstünlük verməklə bilmədiyi bir işi görə, qarşısına qoyduğu məsədə nil ola bilər.
Yolunuza çıxan işıqları qiymətləndirmək üçün əhəmiyyətli olan cəsarətə sahib olmaq və özünüzə olan inamınızı daim möhkəm saxlamaqdır.

İş həyatına yeni başlayanlar üçün tövsiyələr

2- İş həyatının kodunu (şifrəsini) həll etmək üçün təcrübənin əhəmiyyətini unutmayın.
Peşəkar iş həyatının qaydalarını tapmaq üçün məktəbdən məzun olmağı gözləməyin. Daha məzun olmadan təcrübə keçin, imkanınız varsa, mövsümi işlərdə çalışın, gəlcək üçün hazırlanın. İş həyatı təcrübə toplayaraq öyrənilən bir sahədir. Təcrübə keçərkən və ya periodik çalışarkən mütləq hamını müşahidə edin. Necə geiyindiklərinə, suordinasiya olaraq işçilərin necə danışdığına diqqət edin. Bu təcrübə gələcəkdə sizə iş intizamını təmin etməyə və insan münasibətlərini inkişaf etdirməyinizə köməkçi olacaqdır.

3- Gözəl xarici görünüş tərcümeyi-hal və sözlərdən daha təsirlidir.
Yeni tanış olduğunuz bir adamın səsindən çox necə göründüyünü xatırlayırıq. Araşdırmalara görə, bunun səbəbi beyin ilə göz arasında sinirlərin digər sinirlərə nisbətən daha yaxın və güclü olmasıdır.
Sirr deyil ki, insanlar ilk əvvəl xarici görünüşləri ilə təəssürat yaradırlar. Hər şeydən əvvəl geyiminiz özünüzə verdiyiniz dəyəri göstərir. Geyiminizlə qarşınızdakının sizə olan hörmətini və heyranlığını alarsınız. İlk təəssürat, özümüzə olan inam və dəyər ilə düz mütənasibdir.
Doğru və güvən verən bir imic yaratmaq üçün çalışdığınız sektora, yaşınıza və bədən quruluşunuza uyğun paltarlar seçməlisiniz. Hər zaman baxımlı, təmiz geyinməyə önəm verməliyik.

İş həyatına yeni başlayanlar üçün tövsiyələr

 

İş həyatına yeni başlayanlar üçün tövsiyələr


4- Vaxtını uğurla idarə edən həyatını da uğurla idarə edir.
Həyatımızda ən çox zamana ehtiyac duyuruq. Çünki həm özümüz , ailımiz qarşısında, həm də cəmiyyət qarşısında öhdəliklərimiz var. Tələbə ikən tək məsuliyyətimiz məktəbi bitirmək idisə, artıq daha qaynar və məsuliyyətli həyata atılmışıq: öhdəlik və cavabdehliyimiz daha çox və daha məsuliyyətli. Hamısını eyni anda etmək olmaz ki. Bunların öhdəsindən gəlmək üçün isə vaxt rəhbərliyini öyrənməliyik.

Həyatınızda prioritetlərinizi müəyyən edin. Daha sonra isə iş həyati mübarizəlıriniz üçün fəaliyyətinizin keyfiyyətini artırmaq və vaxtı səmərəli istifadə etmək üçün planlaşdırmalar edin. Təcili və əhəmiyyətli olan işlərinizə üstünlük verin. Asan və təcili olmayan işləri əvvəl etsəniz, əhəmiyyətli olan işlərə verəcəyiniz vaxt azalacaqdır. Onun yerinə əsas işlərinizə diqqət yetirin. Gündəlik iş siyahısı hazırlayın. Əhəmiyyətliləri daha önə keçirin və onları bu ardıcıllıqla gerçəyə çevirin. İctimai həyatınıza da, ailəninizə də laqeydlik etməyin. Kaş ki deməmək üçün ailəniniz və dostlarınızın həmişə yanında olun. Onlara vaxt ayırmaq üçün də kifayət qədər vaxtınız olduğuna inanın.

İş həyatına yeni başlayanlar üçün tövsiyələr


5- Problemlərin öhdəsindən gəlməyin ən vacib nöqtəsi məsuliyyət götürməkdir.
Həyatın hər bir nöqtəsində problemlər ilə qarşılaşırıq. İş həyatınızda uğurlu olmaq üçün o işə nələrin mane olduğunu əvvəlcədən aşkar edib, aradan qaldırdıqda işlər onsuz da öz-özünə gedər. Bu səbəbdən, qarşılaşdığınız problemləri təsbit və həll etmə bacarığı əldə etməyiniz lazımdır.
Məsuliyyət götürməkdən qorxmayın . Çevik, tolerant olmalı və hadisələri hərtərəfli düşünməyə çalışmalısınız. Ən praktik və məntiq uyğun həll yolunu seçmılisiniz. Səhv qərarlar verib, xətalı bir yol da seçmiş olarsınız. Səhv sizin ən böyük xəzinələrinizdən.Bundan sarsılmaq lazım deyil. Səhv özü də öyrənmənin bir yoludur, doğrunu öyrədir.

6- Səhv etməkdən qorxmayın.
Səhvlər, obrazlı desək, tərəqqinin əvəzi olaraq yaşadığımız fırtınadır. Səhvlərin mövcudluğunu kəşf etdiyiniz zaman artıq uğur pilləkənlərini də dırmaşmağa başladığınız mənasına gəlir. Xətanın səbəbini əvvəlcə özümüzdə axtarıb qərar qəbul etməliyik. Sonra isə xətanı kompensasiya etmək üçün dərhal hərəkətə keçməliyik. İnkar və yanlışlıqlar ilə nə qədər qarşılaşsanız da, özünüz də etmiş olsanız da, həqiqətlərə doğru nizamlamalısınız.
İş həyatınızda və ofisdə əylənməyə yer ayırın.
Ən intensiv iş mühitlərində belə şənlənməyin mütləq bir yolunu tapın. Birlikdə gülmək, həm də çox gülmək lazım.

 

İş həyatına yeni başlayanlar üçün tövsiyələr

7- Rabitə vasitələrindən istifadə etmək də peşəkarlıq istəyir.
Vaxtımızın çoxu kompüter başında və ya telefonun qarşısında keçir. Odur ki, e-poçta , istərsə də telefona cavab vermənin peşəkar səviyyəsini yaratmaq lazımdır.
Telefonları hər zaman özünüzü necə təmsil etmək istədiyinizi düşünərək cavab verin. Telefona cavab verərkən səs tonunu nizamlayıb, müsbət, nəzakətli və yumşaq bir səs tonundan istifadə edin. Qeyd etmələr çox əhəmiyyətlidir. Aparılan yanlış bir vurğulama sizin sərt qəbul etməyinizə yol aça bilər. Bir yeri axtararkən isə adınızı-soyadınızı və haradan axtardığınızı qeyd etməyiniz lazımdır. Bu zaman həm də şirkətiniz adından, həm də öz adınıza telefonda professional bir təəssürat yaratmış olarsınız.
Günümüzün ən əvəzolunmaz vasitə isə e-poçtunuz-dur. E-poçtunuz yazarkən hər zaman "Mövzu" qismini doldurun. Əlavə etdiyiniz "məsələ" qismi həm sizin, həm də qarşıdakı insanın e-poçtunuz-unun rahat tapmasına yardımçı olur. E-poçtunuzunun altında mütləq işlədiyiniz yerin təşkilati rekvizitləri və sizin ünsiyyət məlumatlarınız olmalıdır. E-poçtunuzunun məzmununda isə məsələ kübar və aydın bir sadəlikdə müzakirə olunmalıdır. Mütləq qarşınızdakına hörmətinizi və təşəkkürlərinizi ifadə etməlisiniz.

8- Sosial media, əslində, peşəkar iş həyatınızın əhəmiyyətli bir hissəsidir.
Son illərin ən mühüm hadisələrindən biri isə sosial media qurğularıdır. Sosial media artıq həyatımızın ayrılmaz bir hissəsidir. Sosial mediada gördüyünüz hər bir bölgü peşəkar həyatınıza təsir göstərir. Sosial media nə qədər şəxsi bir sahə olsa belə peşəkar bir səhifə kimi idarə etmək lazımdır: hər gün bir bölgüdə vermək lazımdır. Applikasiya dəyişən hər bir yeni xüsusiyyəti bilmək və onlardan istifadə etməyi bacarmaq lazımdır.
 

İş həyatına yeni başlayanlar üçün tövsiyələr

 

Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz