» » İstedadlı uşaqlarımız: gimnast bacılar

İstedadlı uşaqlarımız: gimnast bacılar

Yarışlar çox yaxşı keçdi, biz öz çıxışımızdan razı qaldıq.

"Uşaqlar” yaş kateqoriyasında idman gimnastikası üzrə Azərbaycan birinciliyində və Bakı çempionatında müvafiq surətdə qızıl və gümüş medallar qazanmış əkiz bacılar – Amaliya Ağayeva və Asiya Ağayeva bu sözləri AZƏRTAC-a müsahibədə deyiblər.

Asiya Ağayeva: Gümüş medal almağımdan razıyam, çünki məşqlərdə hər şey o qədər də yaxşı alınmırdı, bu gün isə yaxşı oldu.

Gənc gimnastlar bildiriblər ki, onlar öz aralarında əsla rəqabət aparmırlar.

Amaliya Ağayeva: Bizim aramızda rəqabət yoxdur, biz həmişə və hər işdə bir-birimizi dəstəkləyirik, birimiz daha yaxşı nəticə göstərəndə o birimiz heç vaxt buna görə incimir.

Amaliya və Asiya bacıları deyiblər ki, Milli Gimnastika Arenasında çıxış etmək çox xoşlarına gəlir. Bacılar deyiblər: "Arena çox gözəldir. Bu gün bütün ailəmiz burada bizə azarkeşlik edirdi və bunun bizə köməyi çox oldu. Lakin çıxış zamanı valideynlərimizə tərəf baxmırıq, çünki bu, fikrimizi yayındıra bilər”.

Asiya Ağayevanın dediyinə görə, o, yarış zamanı həyəcanlanmır, amma bacısı Amaliya bir qədər nigarançılıq keçirir.

Amaliya Ağayeva: "Mən həyəcanlananda özümün ən yaxşı məşqimi, məşqçinin sözlərini xatırlayıram və həyəcanım keçir”.

İstedadlı uşaqlarımız: gimnast bacılar

Mənbə:https://azertag.az/xeber/Azerbaycanli_genc_gimnast_bacilari_Yarislar_yaxsi_kechdi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz