» » Yay aylarında sağlam qalmaq üçün 10 tövsiyə

Yay aylarında sağlam qalmaq üçün 10 tövsiyə


Yay   aylarında sağlam qalmaq  üçün 10 tövsiyə

Yaz mövsümündə istilərin artması ilə açıq havada keçirilən zaman da uzanır. Bu vəziyyət istivurması, günəş yanıqları, böcək dişləmələri və s. bu kimi narahatlıqlarla müşayiət olunur. Bunlarla yanaşı, sərinləmək üçün istifadə edilən kondisionerlər və çimərliklər özləri də infeksiya xəstəlikləri tırədə bilirlər . İsti yay günlərindən faydalı istifadə etmək üçün bəzi tədbirlər görmək lazımdır. Bununla bağlı  həkimlər  insanlara  yay aylarında sağlam qalmağın yolları haqqında  bir sıra tövsiyələr vermişlər. 

Həkimlər  xəbərdarlıq etmişlər ki, istivurması həyatı təhlükəyə səbəb ola bilər. Ona görə də  insanlar istər  qidalarına, istərsə də    gün rejimlərinə diqqət etməlidirlər.

Ərzaqların saxlanma şəraiti çox əhəmiyyətlidir.

Sərinləmək  üçün  dənizə, hovuza üz tutsanız,  burada ola biləcək  infeksiyalara diqqət edin.

Xroniki xəstəlikləri olanlar istidən daha çox təsirlənir.

Yaz mövsümündə xəstəliklərindən qorunmaq üçün diqqət edilməsi lazım olanlar:

İstivurması həyatı təhlükəyə səbəb ola bilər

Yay aylarında temperatur artımı ilə birlikdə bədən temperaturu da artır, orqanizm ətraf mühitlə təmasda tərləmə yolu ilə istilik itirərək tarazlığını təmin etməyə çalışır. Uzun müddət günəşə və ya yüksək temperatur şəraitlərə məruz qalmaq, bədən temperaturunun tərləmə ilə  istivurması deyilən vəziyyətin yaranmasına səbəb olur. İsti çarpması ilk əlamətləri: tərli və soyuq dəri, yorğunluq, susama hissi, əzələ ağrıdığından, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, sidik koyulaş-ması kimi shallar və s. Temperatur artmağa davam edərsə, dəri quru isti və qırmızı bir hal alır, bədən temperaturu yüksəlir, tənəffüs və nəbz sürətlənir, davranış pozğunluğu, şüur itməsi baş verir.

Həddindən artıq istilər səbəbi  ilə ərzaqların yaxşı saxlanmaması və gigiyena qaynaqlanına əməl edilməməsi özü qida zəhərlənmələri ilə müşayiət olunur ki, nu hal da yay mğvsümü üçün daha xarakterikdir. Bu zaman  ürəkbulanması, qusma, qarın ağrısı, ishal kimi şikayətlər ortaya çıxır.

Toyuq, yumurta, süd məhsulları olan  qidalarda "salmonella” kimi bəzi bakteriyalar 1-2 saat ərzində sürətlə çoxalmaqda və yay aylarındakı qida zəhərlənmələrinin böyük əksəriyyətinin mənbəyini təşkil edir. Mədə turşusu bu cür infeksiyaların bir qismini əngəlləyir, ancaq mədə yarası olan və ya mədə turşusunu azaldacaq dərman istifadə edənlərdə bu cür infeksiyalar daha tez-tez rast gəlinir.

Yay mövsümündə kondisionerin normal istifadəsi  tam  təmin edilməyən mühitdə olmaq öskürək, burun axıntısı, geniş əzələ-oynaq ağrısı, baş ağrısı, yüksək hərarət ilə seyr edilən atipik infeksiyalara səbəb olur. Xlorlanmamış hovuzlarda da infeksiya riski yüksəkdir.

Yayda açıq havada, əyləncə yerlərində, yaşıl sahələrdə həşəratlarla təmas etmək bunlar vasitəsilə yoluxan xəstəliklər də tez-tez rast gəinir. Ağcaqanad dişləməsi malyariya xəstəliyinin geniş yayıldığı bölgələrdə təhlükəlidir. Arı sancması allergik reaksiyaya səbəb olacağından diqqət  tələb edir.

Xroniki xəstəlikləri olanlar istidən daha çox təsirlənir

Hədsiz istilərin təkan verdiyi xroniki xəstəliklər yaz xəstəliklərinin ayrı bir aspektini təşkil edir. Xüsusilə ürək-damar xəstələri üçün risk yüksəkdir. İstilərlə yanaşı, ayaq və qollardakı damarlar genişlənərək, dövriyyədə yavaşımağa və ürək sürətində artıma səbəb olur. Ürək sürətinin artması aritmiyalara, venoz qan dövranın yavaşıması isə qan təzyiqində düşmələrə, laxtalanma meylində artımlara səbəb olub, ürək böhranı riskini artırır. Maye itkisinin artması, dövranın ləngiməsi səbəbindən böyrəyə gələn qan miqdarının azalmasına və sidik rəngində qatılaşmağa və miqdarında azalmağa səbəb olur. Bu vəziyyət sidik yolu infeksiyasına, daş əmələgəlmə riskinə, kəskin böyrək çatışmazlığına qədər bir çox ciddi sağlamlıq probleminə yol açır. Rütubət nisbətinin artması və ani temperatur artımları miqren hücumlarını impuls verərək   yay aylarında xəstəxanaya baş ağrısıyla gələn xəstə sayını artırır. Hipertoniyası olub müalicə alan xəstələr də maye itkisi və yüksək rütubətdən digər insanlara görə daha çox təsirlənir.

 

Yay mövsümündə xəstəliklərindən qorunmaq üçün diqqət edilməsi lazım olanlar:


1. Günəşin intensiv olduğu zamanlarda bayıra mümkün qədər az çıxmaq lazımdır.

2. Çölə çıxarkən eynək və papaq qoyulmalıdır.

3. Uyğun faktorlu günəş qoruyucuları istifadə edilməlidir.

4. İncə və açıqrəngli paltarlar üstünlük verilməli və bol maye qəbul  edilməlidir.

5. Ərzaqlar  soyuducuda müəyyən temperatur  altında saxlanmalı və bişirildikdən sonra dərhal qəbul edilməlidir.

6. Qabıqlı meyvələr soyularaq yeyilməlidir.

7. Gigiyena qaydalarına diqqət edilməlidir.

8. Hovuza girməmişdən öncə və çıxandan sonra mütləq duş alınmalıdır.

9. Yay aylarında günəşin gec batması yemək, içmək və yuxu sistemində dəyişikliyə səbəb olmamalıdır.

10. İdman sərin mühitdə keçirilməli və ağır məşqlərdən uzaq  durmaq lazımdır.

 

 

Yay   aylarında sağlam qalmaq  üçün 10 tövsiyə

Qeyd : Tərcümə materialı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz