» » Çanaqqala savaşında insanlıq dərsi

Çanaqqala savaşında insanlıq dərsi

Müəllif: Dəyanət от 3-06-2018, 00:30
Çanaqqala savaşında insanlıq dərsi

Dardanel döyüşlərində döyüşüb bir qolu və bir ayağını itirən fransız generalı Bridges yurduna qayıtdıqdan sonra döyüş xatirələrində yazmışdır:
"Fransızlar türklər kimi mərd bir millətlə müharibə etdikləri üçün daim iftixar edə bilərlər. Heç unutmayacağam: ön xətdə döyüş bitmişdi. Yaralı və ölülərin arasında gəzirdik. Bir az əvvəl türk və fransız əsgərləri süngü - süngüyə gəlib hər iki tərəf ağır tələfat vermişdi. Bu zaman gördüyüm bir hadisə heç zaman gözlərimdən getməyəcək:yerdə bir fransız əsgəri uzanıb, bir türk əsgəri öz köynəyini cıraraq onun yaralarını sarıyırdı. Qanlarını təmizləyirdi. Tərcüməçi vasitəsi ilə onunla belə bir söhbət apardıq:

- Nə üçün öldürmək istədiyin əsgərə kömək edirsən? Gücsüz halda olan türk əsgəri belə dedi:

"Bu fransız yaralananda cibindən yaşlı bir qadın rəsmi çıxardı. Mənə nələrsə söylədi, mən onun dediklərini başa düşmürdüm, amma hər halda anası olacaqdır deyə düşündüm. Mənim isə heç kimim yox. İstədim ki, o, xilas olsun, anasının yanına qayıtsın". Bu vaxt mənim zabitlərimdən biri türk əsgərinin qolunu açdı, gördüyüm mənzərədən göz yaşlarımı saxlaya bilmədim: türk əsgərinin sinəsində ağır süngü yarası vardı. Sonra hər ikisi də öldü ... "

Fransız Generalı Bridges, komandir

Qeyd: Yazı türk dilindən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz