» » Atatürk haqqında bilmədiklrimiz

Atatürk haqqında bilmədiklrimiz

Müəllif: Dəyanət от 29-05-2018, 21:04
Atatürk haqqında bilmədiklrimiz

• Mustafa Kamal Atatürkə ilk dəfə "Atatürk” deyən Türk Dil Təşkilatının başçısı olub, bir danışığında ona Atatürk deyə xitab edib. Mustafa Kamal da bu sözü çox sevib və özünə soyad götürüb. Amma ona "Ata” deyilməsindən xoşu gəlməzdi.
• Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
• Ən böyük arzusu dünya turuna çıxmaq olub. Ən çox xəyal qurduğu işlərdən biri türk dili və tarixi üzərindəki işləri genişlətmək olub.
• Minlərlə kitabı olub. Amma Rəşad Nuri Güntəkinin "Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış.• Atlardan sonra ən çox sevdiyi heyvan it olub. "Fox” adını verdiyi iti həmişə yatağının ucunda yatardı. Heyvanları həddindən artıq çox sevib.
• Ən çox sevdiyi rəqs vals olub. Musiqi zövqü müxtəlif olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.
• Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən, Bəyoğlunda bir dərziyə tikdirib.
• Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.
• Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.
• Diqqətli və təmiz türkcə danışardı. Ancaq bəzi sözləri Rumeli şivəsiylə tələffüz edərdi.
• Həyatında bir zamanlar çox önəmli yeri olan Mustafa Kamalın evlənməsindən sonra həyatına faciəli şəkildə son qoyan Fikriyə xanımın məzarının harada olduğu bilinmir.
• Həyatının çox hissəsini döyüş cəbhələrində keçirdikdən sonra dövlət başçısı olaraq keçirdiyi illər ona bir təcrid həyatı kimi görünürdü. Çox sevdiyi xalqından və sadə bir vətəndaş həyatından uzaqlaşdığını düşünürdü.
• Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.
• Evində, ətrafında, hətta qonaq olduğu evlərdə belə əyri dayanan əşyaları düzəltməsə rahat olmazdı.
• Xəstəliyinin başlanğıcında onu müayinə edən həkim Fissinger gündə neçə paçka siqaret çəkdiyini soruşub. Atatürk "səkkiz” deyib. Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: "Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyib.
• Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi.
• Liseydə oxuduğu illərdə fransız dilini öyrənməyə başlayıb və sonrakı illərdə də inkişaf etdirib. Bunun nəticəsində zəngin söz ehtiyatı olub.
• Qumar oynamaqdan xoşu gəlmirdi, amma hərdən dostları ilə poker oynayardı. Oyun sonunda isə qazandıqlarını geri qaytarardı.
• Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.
• Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: "Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı” deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb.
• İdmanı çox sevirdi, hər gün at minir, üzür və bilyard oynayardı.
• Təhsil aldığı müddətdə ən çox müvəffəqiyyət qazandığı fənn riyaziyyat olub.
• Quşları çox sevirdi. Çankaya Köşkündə çoxlu quşları vardı və onları saxlamaq üçün işçisi var idi.
• Yaltaqlığa nifrət edirdi.
• Sonuncu keçirdiyi Yeni il bayramı 1937-ci ildə olub. O, bu bayramı Xarici İşlər Naziri Tofiq Rüştü Aras ilə birgə keçirib və şkafındakı geyimlərinin bəzilərini nazirə hədiyyə edib.
Atatürk haqqında bilmədiklrimiz


Mənbə:https://www.facebook.com/permalink.php story_fbid=752500888197961&id=278714122243309&substory_index=0

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz