» » Dünyanın 10 sirli möcüzəsi

Dünyanın 10 sirli möcüzəsi


Təyyarə qəbiristanlıqlarından antik monastırlara -dünyadakı qəribə gözəllikləri kəşf etməyə hazır olun.
Dünyada əsrarəngiz, həm də çoxlarına məlum olmayan nə qədər gözəl məkanlar var, amma buralara çatmaq o qədər də asan deyil. Elə isə, Arizonadakı təyyarə qəbiristanlığından Venesuelada yerləşən dünyanın ən hündür şəlaləsinə birlikdə "səyahət” edək.

Təyyarə məzarlığı - Arizona

Təyyarələr öz ömrünü başa vurandahara gedir? Təbii ki, Arizonada çölün ortasındakı bu tənha məkana. ABŞ hava qüvvələrində vəzifəsini tamamlayan bu B-52 bombardman təyyarələri (təxminən 5000 ədəd var) günəşin altında, eləcə neçə illərdir uzanır.
Bəs niyə Arizona? Belə bir məzarlığın çölün ortasında qurulmasının səbəbi rütubətsiz mühitin metal pozulmasına təsirini gecikdirməkdir. Amma nə olursa- olsun, bu təyyarələr son uçuşlarını çoxdan bitirmiş.
 

Dünyanın 10  sirli  möcüzəsi


Nev-Mexicoda Shiprock qaya əmələ gəlməsi

New -Mexiko çölündə zəminindən 500 metr hündürlüyə çatan bu qayalıq eyni zamanda Novajonun sakinləri üçün müqəddəs bir məkan hesab edilir. Bu qayalıq 17 km aralıqdakı bir qəsəbə də eyni adı daşıyır.
Çölün ortasında yol alan bir gəmini xatırladan nəhəng qayalıq, bir çox filmə və hekayəyə mövzu olduğu kimi, alpinistlərin və təbii ki, fotoqrafların da diqqət mərkəzindədir.

Dünyanın 10  sirli  möcüzəsi


Pələng yuvası məbədi - Butan

3000 metr hündürlükdəki 400 illik Taktsanq məbəd kompleksi bir çox mağaranı da öz içərisində saxlayır. Butan təbii mağaralardan ibarət olan bu məkanın eyni zamanda buddistlər üçün müqəddəs dəyəri var.
Məbədin əsl əhəmiyyəti Butana buddizmi tanıdan Padmasambhavanın 8-ci əsrdə burada 3 il, 3 ay, 3 həftə, 3 gün və 3 saat iç hüzuru tapdığına inam bəsləyirlər.
Məkan regionda yerləşən bu gili qaz ehtiyatları məkanında baş verən hadisə- çuxurun içindən sızan qazın sovet mühəndislər tərəfindən aşkar edilməsi ilə məlum olmuşdur .
Atəşin bir neçə həftə ərzində sönəcəyi düşünülmüş amma təxminən 40 ildir orada, içi qaynayan palçıqla dolu 70 metr enində nəhəng bir çuxur var. Buraya "Cəhənnəm qapısı" adlanır çünki alovlara çox yaxınlaşsanız özünüzü cəhənnəmdəymiş kimi hiss edə bilərsiniz.
 

Dünyanın 10  sirli  möcüzəsi


Şampan hovuzu / Vaiotapu - Yeni Zelandiya

Maori döyüşçülərinin ağrıyan əzələlərini və ruhlarını müalicə etmək üçün üz tutduqları bu hidrotermal hovuz, təxminən, 900 il əvvəl meydana gəldi (geoloji elminə görə çox təzədir).
Bu unikal rəngə səbəb olan şey yeraltı qaynaqlardan gələn suyun müxtəlif minerallarıdır. Su içərisində olan karbon dioksidin yüksək miqdarı onu şampan kimi daimköpüklü edir.
 

Dünyanın 10  sirli  möcüzəsi


Böyük mavi çuxur - Beliz

Belizdən 70 km aralıqda açıq dənizdə yerləşən "Dəniz fanarı" repertuarı "Mavi Pits" dənizçiləri tərəfindən adlandırılan bir çox digər mavi çuxurdan bir qədər fərqlənir və 124 metr dərinlikdə olan bu çuxur məscidində xüsusi bir yerə malikdir.
UNESCO-nun dünyanın mədəni mirası kimi qeydə aldığı bu yer onun ən dərin növü deyil. Bahamasdakı "Dean Mavi Hole" bu rekordu 200 metr dərinliyə çatdırmışdır..
 

Dünyanın 10  sirli  möcüzəsi


Yeddi nəhəng qayalıqları/Sibir - Rusiya

Şimali Uralda -Sibirin ortasında yer alan qayalıqlar əfsanəyə görə, qaçarkən donmuş nəhəng əsgərlərdir.
Dünyada çox tanınmasa da, Rusiyada çox məşhur olan bu qayaların hündürlüyü 30 - 40 metr arasında dəyişir. Yanlarına çatmaq normal şərtlərdə olduqca çətin bir səfərdir, amma təcrübəli alpinist Ştefan Qlovaç "Red Bull 7 Giants" layihəsi ilə bu zirvələrə çatmağa müvəffəq olmuşdu.
 

Dünyanın 10  sirli  möcüzəsi


Angel şəlaləsi - Venesuela

Venesueladakı, təxminən, 1000 metr hündürlüyündəki Angel şəlaləsi dünyanın fasiləsiz olaraq tökülən ən yüksək şəlaləsi kimi qəbul edilir. Auyan- Tepui dağındakı Canaima Milli Parkında yer alan məkan eyni zamanda "Pixar” istehsalı olan "UP” adlı filmə də düşmüşdür (Filmdə "Cənnət şəlaləsi" adlanır).
Məkan şəlalənin üzərindən ilk dəfə uçaraq keçən və daha sonra buraya enərək 30 il qədər yaşayan Amerikalı aviator CeymsEyndjelin adı ilə adlandırılmışdır.
 

Dünyanın 10  sirli  möcüzəsi


 

Buzludzha abidə - Bolqarıstan

Xeyr, gördüyünüz şey Dart Vaderın təcavüzə məruz qalmış kosmos gəmisi deyil. Bura Sovet İttifaqı tərəfindən 1981-ci ildə inşa edilən və bu an bir xaraba halında olan Buzludzha abidəsidir.
Sovet və Bolqarıstan tarixinin bir əksi olan binanın divarları misdan hazırlanmışdır və müddət keçdikcə soyuq qış aylarının şərtlərinə məruz qalmışdır.
 

Dünyanın 10  sirli  möcüzəsi


Bölünmüş alma qayası - Yeni Zelandiya

Tasman körfəzindən sahildə yerləşən bu qəribə təbii quruluş ortadan bölünmüş bir almaya oxşadığından bu adı alıb. Bunun necə olduğunu və haradan gəldiyini bilən olmasa da, turistlər üçün əhəmiyyətli bir istirahət məkanı olmuşdur.
 

Dünyanın 10  sirli  möcüzəsi

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz