» » Yanıltmac nümunələri

Yanıltmac nümunələri

Yanıltmac  nümunələri

 

Azərbaycan xalqının folkloru məzmunca zəngin və maraqlı olduğu kimi, formaca da rəngarəngdir.
Bu yazımızda balacalar üçün fikirləşdiyimiz yanıltmaclar da onlardan biridir və folklorun ən qədim növlərindən hesab olunur.
Yanıltmaclarda, əsasən, əylənməklə yanaşı, nitqi inkişaf etdirmə, nitq qüsurlarını aradan qaldırmaq məqsədi güdülür.
Yanıltmaclar nəsr və nəzm (şeir) şəklində olur.
Sözlər qəsdən elə sıralanır ki, onları sürətlə deyəndə istər-istəməz , uşaqlar deyil, böyüklər də çaşa bilir.
Vikipediyadan sizə bəzi yanıltmac nümunələri təqdim edirik.
Onları bərkdən oxuyun və əzbərləyin.
 *****
Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.
Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.
Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.
Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.
Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min.....
Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.
Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.
Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.

 

Yanıltmac  nümunələri

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz