» » Burada qadınlar başlıq pulu ödəyir

Burada qadınlar başlıq pulu ödəyir

Dünya müasirləşməyə, qloballaşmağa doğru getsə də, hələ də qəbilə şəklində yaşayan çoxlu qəbilə var. Bu qəbiləlrin bəziləri maraqlı həyat tərzi ilə varlıqlarını davam etdirsələr də, bəzilərinin adı belə yada düşmür. Bu bir-birindən fərqli ənənələrə malik qəbilələr insanları təəccübləndirməyi bacarır. Məsələn, belə qəbilələrdən biri də varlığını qoruyan Kalaş qəbiləsidir. Həm fiziki görünüşü, həm də ənənələri olduqca fərqli bir həyat tərzinə malik olduğunu sübut edir.
Kalaş qəbiləsi Pakistan-Əfqanıstan sərhədi arasında 3 min metrlik dağların arasında yaşayırlar.
Kalaşların mənşəyinin İsgəndərin ordusunda yer alan əsgərlərin soyundan gəldiyi söylənilir, bir çox mənbələrdə onları Böyük İskəndərin itkin qəbiləsi kimi də tanınırlar. Böyük İsgəndər Əfqanıstanda iki il qaldıqdan sonra Çinə keçmək istəyərkən Hind dağlarında həyatla vidalaşır və kalaşlıların da bu zaman öz ölkələrinə qayıtmayan və həmin bölgədə qalan ordusunun soyundan gəldiklərini ehtimal edirlər.
Orta hesabla 4-5 min kalaşlı olduğu düşünülür. Qəbilə bütpərəstlik mədəniyyətinin izlərini daşıyır.
Yaşadıqları yer və ətrafındakı dinlər çox fərqli olsa da, mədəniyyətlərini və adət-ənənələrini birlikdə davam etdirməyi bacarmışlar.
Bölgədə Taliban təhtidi olduğu üçün vadi təhlükə ilə hər zaman müşayiət olunur.
Onlar burruşeski dilində danışırlar və bir yerdə yaşadıqları müsəlmanlarla isə çitral və urdu dillərində danışaraq danışırlar.
Hələ də ibtidai bir həyat davam etdirən Kalaş qəbiləsi taxılı dəyirmanda üyüdər, paltarlarını, qab-qacaqlarını dərədən axan çayda yuyurlar
Ayrıca başlarına taxdıqları "şuşut araqçının" adı verilən papaqlarını, bellərinə sarıdıqları "pattiyi\" və "pirançuvi" adlı geyindikləri paltarın hamısını özləri hazırlayırlar. 
Kalaş kişiləri istədikləri kimi geiyinə bilərkən, qadınlar ömür boyu öz tikdikləri ənənəvi və rəngarəng paltarları geyinirlər.        
Qəbilədə qadınlar istədiyi zaman əri dəyişdirmək hüququna malik olur ancaq kişilər eyni hüquqa sahib deyil.  Bu zaman Kalaş qadınlarının bəyəndiyi kişiyə məktub yazması və başlıq pulu ödənməsi dəyişiklik üçün yetərli olur.
Kalaşlılar il ərzində etdikləri 4 böyük festival keçirirlər. Ən böyüyünü "Çilam Coşhi" adını verdikləri baharın gəlişi münasibəti ilə düzənlənən festifaldır.
 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Burada qadınlar başlıq pulu ödəyir

 

Qeyd: Yazı türk saytlarından tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz