» » Biz Azərbaycandanıq - Hüseyn Axundov

Biz Azərbaycandanıq - Hüseyn Axundov

Müəllif: Dəyanət от 28-04-2018, 00:30

Biz Azərbaycandanıq  - Hüseyn Axundov

 

Bu gün Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin çox görkəmli bir nümayəndəsinin - Hüseyn Məmməd oğlu Axundovun doğum günüdür. Sadəcə, peşə öz sahəsi üzrə çalışanlara tanış olsa da, çox böyük sənətkar omuş və Azərbaycan xalqı adına ehtiram gətirənlərdən biri olmuşdur. 
  Həmyerlimiz  Rusiya Rəssamlar İttifaqının üzvü, Böyük Vətən Müharibəsi veteranı  idi.  Hətta  "I əməliyyatı və Şurikin digər macəraları” filmindəki rolların birinin  ifaçısıdır. Buna görə ən azından mərhum Hüseyn Axundovu tanımağa dəyər.
Böyük Vətən müharibəsi veteranı, tanınmış rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtahankomissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.
Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi "Arşın mal alan” filminin işində aktiv iştirak edib. Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdən sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.

Biz Azərbaycandanıq  - Hüseyn Axundov

 

Biz Azərbaycandanıq  - Hüseyn Axundov

 

Nüseyn Axubndov faşizmə qarşı mübarizədə göstərdiyi hünərə görə "İgidliyə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı, "Vətən Müharibəsi” ordeni ilə təltif
"Mosfilm”də ilk ştatlı işləyən azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadları ilə çiyin-çiyinə çalışıb. "İdiot” ("Axmaq”), "Belıe noçi” ("Bəyaz gecələr”), "Vesna” ("Bahar”), "Sampo” filmlərinin rəssamı, eyni zamanda onlarla başqa sənət əsərlərinə rəngli həyat verib. Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.
1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb.
Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub.
Rusiya Rəssamlar İttifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib. Hüseyn Axundov 2015-ci il fevral ayının 6-da ömrünün 94-cü ilində Moskvada vəfat edib.
 

Biz Azərbaycandanıq  - Hüseyn Axundov

 

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz