» » Özbəkistanda Leonid Brejnevin xidməti avtomobillərindən biri satışa çıxarılıb

Özbəkistanda Leonid Brejnevin xidməti avtomobillərindən biri satışa çıxarılıb

Müəllif: Dəyanət от 6-04-2018, 00:35

Özbəkistanda Sovet İttifaqı KP MK-nın baş katibi Leonid İliç Brejnevin xidməti maşınlarından biri - QAZ-13 markalı "Çayka” avtomobili 424 min avroya satışa çıxarılıb.
AZƏRTAC-ın məlumatına görə, avtomobilin sahibi bildirib ki, 1980-ci ildə istehsal olunan maşın ötən 38 ildə iki dəfə satılıb və bu müddətdə 2 min kilometr məsafə qət edib. O deyib ki, maşın saz vəziyyətdədir və 100 kilometr sürəti cəmi 20 saniyəyə yığır. Avtomobilin maksimal sürəti saatda 160 kilometrdir.
Maşında hər cür rahatlıq yaradılıb, kondisioner, yan şüşələrin avtomatik qaldırılıb endirilməsi, duman əleyhinə faralar quraşdırılıb, oturacaqları təbii dəridəndir.

Özbəkistanda Leonid Brejnevin xidməti avtomobillərindən biri satışa çıxarılıb

Mənbə:https://azertag.az/xeber/Ozbekistanda_Leonid_Brejnevin_xidmeti_avtomobillerinden_biri_satisa_chixarilib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz