» » Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz



"Xəstəxanaya getmişdim. iİçəri girən kimi qapıdan solda taksofon vardı və bir xəstə ( geyimindən bilinirdi) telefonda bərk-bərk danışırdı: eşitməmək olmazdı: Gələndə 1 fransız konyakı gətir, bir karobka da "Richart” şokoladı (dünyanın ən 5 bahalı şokoladından biri, 1 kq-nın dəyəri 270 dollardır ) Maraqlı deyilmi, belə bahalı  şokaladla adi konyak  işməzlər ki. Beynimdə qalmışdı bu epizod.  İnternetdə bu yazıya gələndə  həmin epizodu xatırladım.
Həmin yazını  sizə də təqdim edirik.


Konyak öz adını Fransada yerləşən "Konyak” ərazisindən götürüb. Ona görə əsl konyakı yalnız burada istehsal edirlər, başqa heç yerdə. Konyak ənənəvi və ucuz olmayan fransız içkisidir.
Təəccüblü deyil ki, fransız konyakı ən yaxşı konyak hesab edilir. Konyaka, həmçinin, "ilahi içki” də deyirlər. Qurmanların özünəməxsus hobbiləri də var. Onlar bahalı və nadir növ konyaklardan kolleksiya düzəldirlər. Fransız konyak evləri öz brendləri olan məhsulu istehsal edirlər və bu seriyadan olan bir şüşə konyak kifayət qədər baha olur. Belə bir prinsip var: "Ən bahalı konyak - ən yaxşısıdır”.

Konyak barədə hər şey

İçkinin qiymətinə, bir qayda olaraq, istehsalçının ustalığı, resetp, xüsusi şəraitdə saxlanma və zərgərlik məmulatları ilə bəzənilmiş əl işləri ilə hazırlanmış bağlama daxildir.
Adətən belə konyakı içmək üçün deyil, həzz almaq üçün alırlar. Bundan əlavə, bu cür içki növü hər insanın cibinə uyğun deyil.
Hər hansı bir içkinin "Dünyanın ən yaxşı konyakı” adını alması üçün marka və qiymətləri müqayisə etmək lazımdır. Beləliklə, dünyanın ən bahalı konyakları:

"Henri – IV”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz


Bu içki fransız kralı IV Henrixin şərəfinə belə adlandırılıb. Bu konyakın adicə bağlaması onun Luvrda, başqa incəsənət nümunələri ilə bir sırada dayanmasına izn verir. Konyakın daxilindəki spirt 100 illik dayanıqlığa malikdir. Onu bir qayda olaraq çəlləklərdə saxlayırlar. "Henri IV Dudognon”, həqiqətən, dünyanın ən bahalı konyakıdır. O hətta Qinnesin "Rekordlar Kitabı”na da daxil edilib. "Henri- IV”-ün bir kiçik butulkasının qiyməti 2 milyon dollardır.
Onu da qeyd etmək lazımdır ki, içkinin qiyməti yalnız onun xarakteristika və keyfiyyətindən asılı deyil. Bu zərgərlik butulkası dizayner Jose Davalos tərəfindən platin və qızıldan hazırlanıb. Butulkanı 6,5 min brilyantla bəzəyiblər. Bu səbədən konyakın butulkasının özündən baha olması təbii haldır.
Bu dəbdəbəli şedevri Dubay milyarderlərindən biri dəlisov qiymətə əldə etmişdi.

"Hennessy Beaute du Siecle”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz


Bu konyak öz təmiz dadı və gözəlliyi ilə istənilən insanın qəlbini fəth edə bilər. Dünyada "Hennessy Beaute du Siecle Cognac”dan yalnız 100 ədəd var. Eksklüziv konyak buraxıldığı an alınıb. Sahibkarların adı məlum deyil. Konyakın ətir və dad xüsusiyyətlərindən şübhə etməyə dəyməz. Bir şüşə konyakın qiyməti 187 min 500 dollardır.
Burada da qiymətə bağlama təsir edib. Belə ki, butulka "Baccarat” büllurundan hazırlanıb. Şüşə ağacdan hazırlanmış içi məxmər və güzgüdən olan qutuya yerləşdirilir. Qapağı açarkən qutudan xüsusi podnosda büllur "Hennessy Beaute du Siecle” qrafini və hərəsi qızıl yarpaqlarla bəzənmiş dörd ədəd qədəh çıxır.
Yeri gəlmişkən, müəyyən zamana qədər "Hennessy Beaute du Siecle” ən bahalı konyak hesab edilib.

"Remy Martin Cognac Black Pearl Louis XIII”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz

 

Bu Pol-Emil Remi Martenin fransız monarxına həsr etdiyi ekslüziv seriyadır.
Bu şedevrin dəyəri bir butulkaya görə 52 min 560 dollardır. "Remy Martin Cognac Black Pearl Louis XIII” - da meyvələrin, güllərin və ədviyyatların ətri var. Ancaq digərlərindən fərqli olaraq bu konyakda darçın, zəncəfil və kuba siqaretinin ətirləri xüsusilə hiss olunur.

"Hardy Perfection 140 years”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz

 


"Hardy Perfection”un qiyməti 12 min 100 dollardır. Bu dünyanın ən qədim konyak növü hesab edilir. "Hardy Perfection”un 140 yaşı olduğunu sübut edən sənədlərin olduğu da məlumdur.
Satışda bu konyak növündən məhdud sayda var. Odur ki, "Hardy Perfection”u tapmaq elə də asan məsələ deyil. Bu konyakda şokolad, kofe və palıdın dadı açıq-aşkar hiss olunur.

"Johnnie Walker: Le Voyage de Delamain”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz

7400 dollar və sizin masanızda dünyanın ən bahalı konyakların biri olacaq. "Le Voyage de Delamain” – "Le Voyage” və "Delamain” konyaklarının qarışığıdır. İçkini 500 ml-lik büllur qrafinlərə tökürlər.
Bu konyak növünün çox hissəsi artıq satılıb. Dadanlar isə bu konyakın ağır dada, dəri və tabak, şərq ədviyyatlarının və kofe ətrinə malik olmasını söyləyirlər.

"Martell Creation Cognac In Handcarved Baccarat Decanter”

Bu konyakın bir şüşəsinin qiyməti 7 min dollardır. Bu içki olduqca nadir növdür. Onun reseptini 19-cu əsrin əvvəllərində fikirləşiblər. Konyak quru meyvələrin və yunan qozunun dadını verir.

"Frapin Cuvee 1888”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz

 


"Frapin Cuvee”-nin bir butulkası 6 min dollardır. Bu konyak Frapin kolleksiyasının konyaklarından hazırlanıb. Konyak gül, vanil və bal dadı verir.

"Jenssen Arcana”

Ən bahası 2 milyon, ucuzu 4000 dollar olan həzz

 


"Jenssen Arcana” palıddan olan çəlləklərdə 98 il qalır. Buna görə konyakın qiyməti 5 min 150 dollardır. Konyak olduqca tutumludur. Konyak yalnız çəlləklərdə qorunur və sifarişlər olan zaman kiçik qablara boşaldılır.

"Courvoisier L’Esprit Decanter”

Bu konyak növünün dəyəri 4 min 687 dollardır. "Courvoisier L’Esprit Decanter”-i müxtəlif konyakların qarışığından əldə edirlər. Konyakda gül, ərik və darçının ətri hiss olunur.”

Mənbə:https://ok.ru/maraqlif/topic/62139627801429

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz