» » Sürüşmə taxtası ( "lazboard" )

Sürüşmə taxtası ( "lazboard" )

Sürüşmə   taxtası ( "lazboard" )

Budaqsız şam ağacının kəsilərək qurudulduqdan sonra çəkilmiş taxtasından sürüşmək üçün müəyyən ölçüdə hazırlanmış taxta örtük: Hərəkət zamanı 90 sm uzunluqda bir ağacdan xizəyi itələmək üçün köməkçi vasitə kimi istifadə edilir. Yaxşı axması, sürüşməsi üçün taxtanın altına xüsusi sürüşkənləşdirici yağlar vurulur. Baş tərəfindən 30 sm məsafədə təzyiq yaratmaq üçün mail verilir. "Lazboardlar” (xizək, "sanka”, "сноуборд” kimi kustar üsulla hazırlanmış sürüşmə vasitəsi) hər kəsin boyuna və çəkisinə görə hazırlanır. Lap əvvəlcə bu, nisbətən dar -15 sm enində hazırlanırmış. 1970-ci ildən isə ”lazboard”ları indiki kimi bir qədər genişləndirmişlər. Meşəköy ( əvvılki adı Petran) köyündə qədimdən bəri "lazboard” ənənəvi qış İdman növü olmuşdur. Zaman- zaman ondan nəqliyyat vasitəsi kimi istifadə edilmişdir. Əvvəllər bir köydə "lazboard”dan istifadə edənlər 15 - 20 nəfər olardı. Səhərdən axşama qədər, axşamdan gecədən xeyli keşmişə qədər qədər ay işığında bu idmanla məşğul olurdular. Bölgəyə gələn xarici "snowboard”cılar bu köyə gələndə "lazboard”dın istifadəsinə heyran qalmış və onlar açıqca etiraf etmişlər ki, əgər "snowboard”ın tarixi bir gün yazılsa, əcdadının Meşəköyün (Petran) köyü olduğu yazılmalıdır".
Qeyd: "Snovboard " dаğ xizəkçiliyində istifadə olunan plastik örtüklü döşəmədir, hər iki ayaqla üzərində dayanaraq təkan verməklə hərəkətə gətirilir: uzunluğu 140 ilə 165 sm, eni 24 ilə 27 sm arasında dəyişir. Bu uzunluq və eni hündürlük və çəki nisbətində dəyişir.

Sürüşmə   taxtası ( "lazboard" )

"Lazboard” ancaq bu köydə istifadə edilir. Nədir "lazboard”: ayaqda, ayaqlarını örtüyün üstünə bərkidilmiş qollar arasına qoyaraq, bir əlində kəndirdən tutaraq bir əlində də 90 sm-lik ağac dəstəkdən istifadə edilir. Ondan tarazlıq üçün döngələrdə istifadə edilir: İp ilə "board”ın baş tərəfi qara girməsin deyə, havaya qaldırılır. Saatda maksimum 130 km hərəkət etmək olur. Xizək keçiriləcək qar yumşaq və toz halında olması lazımdır. Yaş qarda sürət etmək olmur. Bu idmanın görə ən yaxşı xizək mövsümü ilin dekabr, yanvar, fevral aylarıdır. Burada kanat olmadığı üçün illərdir təpələrə dırmaşaraq çıxılır. Bu da bizim ayaq əzələlərimizi inkişaf etdirir. Bir insan gündə ən azından 5 km yol qalxır.
Meşəköyün təbii quruluşu "lazboard”ın inkişafına kömək etmişdir və hazırda burada "snowboard”cıların rahat xizək edə biləcəyi onlarca təbii meydança mövcuddur. Hər birinin həyəcanı bir başqadır.
Kənddən avtomobil yoluna təxminən 3 kilometrlik dik yolu taxtalarla sürüşərək düşən kəndlilər, daha sonra da həmin vasitələrlə rayona gedirlər. Yüksək təbəqədə oturanlar da kəndin aşağı hissəsində yaşayan qohumlarına gəlmək üçün də "petranboard”dan istifadə edirlər.
Tarazlığını itirən və sürətini nizamlaya bilməyənlər qara aşır, amma yenidən qalxaraq yoluna davam edir. Burada qadınlar da "board”lardan istifadə edir. 57 yaşlı Fatma Hovuz onu müşahidə edənlərə maraqlı açıqlama vermişdir ki, avtomobilin sükanını necə tutursansa, bunun da kəndirini tutacaqsan. Yoxsa istiqamətini itirərsən, yerə yıxılır, tüstülərə qarışarsan. İpini çəkəndə istiqamət verirsən .
Meşəköy məscidi imamı iğdırlı Cövzət Padurk da 9 ay əvvəl təyin olduğunu kənddə ağaclı xizəyi öyrənməyə çalışır. Yıxıla-yıxıla xizək sürməyi öyrənməyə başlayan imam boş vaxtında bunu bacaran kəndlilərdən dərs alır. Ağaclı xizəyi ilk dəfə burada gördüyünü bildirən imam demişdir: "Maraq etdim və öyrənməyə başladım. Naşılıq çəkirəm, amma yavaş-yavaş öyrənəcəyəm. Bunu öyrənmədən kəndlilər məni göndərməyəcək. Çox zövqlü bir nəqliyyatdır, qısa müddətdə öyrənəcəyəm. "
Ağaclı xizəyin kəndlərində 200 illik ənənə olduğunu bildirən Meşəköy kəndinin muxtarı Əhməd Tığcı da maraqlı açıqlama vermişdir:
Bizim xizək minik vasitəmizə hər kəs heyran. Xaricindən kəndimizə xizəkçilər gəlir. Qədimdən bu taxtalarla əlaqəmizi təmin edərdik. Kəndin aşağısına bunlarla enib piyada olaraq çıxarmışıq. İndi xizək ənənəsini əyləncə məqsədilə yaşadırıq. Fevral ayında təntənəli xizək şənliyi keçirəcəyik"

Sürüşmə   taxtası ( "lazboard" )

Sürüşmə   taxtası ( "lazboard" )

 

Sürüşmə   taxtası ( "lazboard" )

 

Sürüşmə   taxtası ( "lazboard" )

 

Sürüşmə   taxtası ( "lazboard" ) 

Qeyd: Yazı türkcədən tərcümə edilməklə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz