» » Tarixdə ilk yol qəzası

Tarixdə ilk yol qəzası

Müəllif: Dəyanət от 21-03-2018, 12:00
Tarixdə   ilk yol qəzası

Dünya əhalsinin artması ilə yanaşı, avtomobillərin də sayı çoxalmaqdadır. Böyük şəhərlərindəki izdihamlı yollarda avtomobil sıxlığı, insanların harasa daha tez çatma yetişmə təlaşı, intizamsız, qeyri-peşəkar sürücülər, yol qaydalarına əməl etməmək kimi bir çox səbəblərdən hər gün dünyanın müxtəlif yerlərində meydana gələn qəza xəbərləri haqqında xəbərlər eşidirik.
Heş də sir deyil ki, günümüz insan itkilərinin baş verməsinin ən böyük səbəblərinin başında məhz bu yol qəzaları dayanır.
Maraqlıdır ki, tarixdə ilk avtomobil qəzaları harada və necə baş vermişdir. Bununla əlaqəli müxtəlif fikirlər vardır. Məsələn, bir məlumata görə,1869-cu ildə Mari Ward, xanımı və buxarlı avtomobili icad edən əmioğluları (ailəvi olaraq elmlə məşğul olublar) birlikdə səyahət etməyin ləzzətini yaşayarkən ehtiyatsızlıqdan maşından yıxılmış və təkərlərin altında qalaraq elə oradaca həyatını itirmişdir.
Bunu da qeyd edək ki, onların icad etdiyi buxarlı avtomobil metal təkərləri və ağır gövdəsi ilə yollara çox zərər verdiyindən uğursuzluğa düçar olmuşdur.

Tarixdə   ilk yol qəzası

Digər bir mənbəyə görə isə 17 Avqust 1896 –cı ildə dünyada ölümlə nəticələnən ilk yol qəzasının baş verdiyi tarix kimi qəbul edilir. Londonda saatda 12 km/sa sürətlə gedən şəxsiyyəti naməlum sürücü idarə etdiyi avtomobillə 44 yaşlı Bridget Driscolli və xanımı vurur, hər ikisi həlak olur.Amma sürücünü olacaq, təsadüfi hadisə. Qəza "pis bir hadisə, təsadüfi olacaq” kimi dəyərləndirilir və sürücü heç bir cəza almır.
Türkiyədəki ilk yol qəzası isə 26 Yanvar 1912-ci ildə İtaliya Səfirliyinin sürücüsü Frederico Rasinin Şişli Məscidinin qarşısında İdris adlı bir adama toxunması ilə baş verib. O, təlaş edib hadisə yerindən qaçmağa çalışmış, polislərin xəbərdar atəşilə dayandırılaraq məhkəməyə təqdim edilmişdir.

Tarixdə   ilk yol qəzası

Şişli Etfal xəstəxanasına çatdırılan İdrisin həyatını xilas etmək mümkün olmamış, hadisə böyümüş, nəticədə, İtaliya səfirliyi İdrisin ailəsinə böyük bir təzminat ödəyərək cəzalandırılmaqdan canını qurtara bilmişdir.
Getdikcə artan yol qəzaları dövlətləri, mütəxəssisləri yol hərəkətinin təşkili, piyada və sürücülərin həyatının mühafizəsi üzərində işləməyə məcbur etmişdir.
Təhlükəsizlik kəmərinin kəşfi, yeraltı keçidlər, körpülər, işıqforların mükəmməlləşdirlməsi, maşınların, sürücülərin sığortası məhz yol qəzalarını qarşısını almaq naminə edilən səylər idi. Bununla bağlı bir çox Qayda və Normalar da qəbul olunmuşdur. Əslində, bu, hər kəsin şüurlu olaraq yanaşması, qəbul edilmiş qaydalara əməl etməsi lazım olan vacib bir davranışdır. Nəqliyyatda, küçə və yollarda sürücülər də, piyadalar da həm özlərinə, həm də başqalarına qarşı diqqətli olmalıdırlar. Çünki bəzən qəza göz görə- görə gəlir.

P.S: Hər zaman belə təsadüflərdən uzaq olasınız.Sürücülərimizin yolu uğurlu olsun. Piyadalar səbuirli olsun: həyatlarını təhlükə qarşısında qoymasınlar.

Tarixdə   ilk yol qəzası

Qeyd: Yazı türk mətbuatından tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz