» » Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

 

 İnsanlar və heyvanlar eyni dünyanı bölüşürlər, bəzən də eyni evləri. Eynilə uşaqlarımız kimi, heyvanlarımız da ehtiyaclarının ödənilməsi üçün bizə möhtacdırlar. Ona görə də  uşaqlarımızın bütün canlılara   hörmət, sevgi və mərhəmətlə yanaşmağı öyrənməsi çox əhəmiyyətlidir. Hələki evimizi, həyətimizi  bölüşdüyümüz ev heyvanlarımız barədə danışaq.

 Soyuqlu-qarlı havalarda  onlara laqeyd qalmayın.  Belə  günlərdə  onlar   qida   və içməli su axtarırlar, hər tərəf isə qar və buz.  Amma onlar danışa bilməsələr də insanlardan imdad gözləyirlər Odur ki,  heyvanlara yardım əli uzatmağı laqeydlik etməyin.

Xüsusilə qış aylarında ac və susuz qalan heyvanların sizə hər kəsdən daha çox ehtiyacı var.  Hər şeydən əvvəl Allahın yaratdığı canlara hörmət etməyimiz lazımdır. Onları nəzərdən heç cürə qaçırmaq olmaz.


Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

 Hər kəsin evində yeməyin  artığı , təbii ki, olur.

Zibilliyə atacağınız bu yeməkləri zibil yerinə  atmaqdansa,  küşədəki  pişik və itlərə vermək lazımdır.  Bəzən itlər   ac olduqları üçün də istər-istəməz  insanlara, uşaqlara hücum edirlər. Xalq da bundan narahat olur. Heyvanların aclıq ehtiyaclarını hökmən anlayışla qarşılamalıyıq. Bu zaman həm təhlükənin qarşısı alınar, həm israf etməmiş olarıq, həm də heyvanlara şəfqət göstərmiş olarıq.

 Quşların da qış aylarında yemək qayğıları  var.

Quşlar üçün   münasib yerlərdə evciklər qurmaq, taxta parçaları yerləşdirmək və bayat çörəkləri  bir az sulandırıb   həmin yerə qoymaq olar.  

 Çöldə, soyuqda yaşamağa  məhkum olmuş  heyvanları insanlar hər zaman nəzərə almalıdırlar. Qış aylarında xüsusilə pişik və itlərin  aclıq və soyuqdan xəstəliyə  daha asan tutulurlar. 

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Uşağınıza heyvanlara qarşı hörmətli olmağı öyrədin

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz