» » Nədən yükləri başları üzərində daşıyırlar?

Nədən yükləri başları üzərində daşıyırlar?

Nədən yükləri başları üzərində daşıyırlar?

Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin mətbuatına diqqət yetirsək, bir məqam hər zaman diqqətimizi cəlb edəcək: insanlar əşyaları başlarında daşıyırlar. Bizim ölkəmizdə əşyaları baş üzərində daşımaq xarakterik hal deyilsə də, simit satanların bazarında olduğu kimi, bəzi nümunələri bizdə də rast gəlmək mümkündür.
Bəs insanlar niyə əşyalarını əllərində və ya bellərində daşımaq əvəzinə başlarında daşımağı üstün tuturlar?
Aparılan araşdırmalar göstərir ki, daşınan yükün çəkisi artdıqca daşımaq üçün sərf olunan enerji də artır. Ancaq baş üzərində yük daşımaq bu məsələdə bir istisna. Şərqi Afrikanın Luonun və Kikuyu qəbilələri üzərində aparılan bir tədqiqatda insanların, sadəcə, addımlamaqla xərclədikləri enerji ilə çəkilərinin20 %-nə qədər ağırlıqda yükü başları üzərində gəzdirdikləri məlum olmuşdur:70 kq ağırlığında bir insanın başının üzərində 14 kg-lıq bir yük daşıması, yüksüz getməsi ilə eyni miqdarda enerjiyə bərabərdir.
Möcüzə deyilmi? Amma tələsib ağır yükləri başınıza yükləməyə qaldırmayın! Araşdırmalar bu qabiliyyəti uşaqlıqdan adət etmiş şəxslərə aid edildiyi yazılmış və
bu cür insanların normal insanlara görə 3 də 1 nisbətində daha səmərəli olaraq başlarında ağırlıq gəzdirdikləri göstərilmiş.

Nədən yükləri başları üzərində daşıyırlar?
Nədən yükləri başları üzərində daşıyırlar?
Nədən yükləri başları üzərində daşıyırlar?

Bizim kimi illər boyu əzələlərini gücləndirməmiş, fəqərələrinin yük qaldırabilmə tutumu və sümük toxumaları buna uyğun olaraq formalaşmamış insanların başları üzərində yük daşımaları, bellərində yük daşımalarından daha çox enerji tələb edir. Luonun və Kikuyu qəbilələrində qadınların baş taclarında zamanla meydana gələn düzləşmədən başqa əzələ və skelet sisteminə aid problemlər olmasa da, başları üzərində yük daşımağı sınayan digər insanlar ciddi boyun ağrılarından şikayətçidirlər.
Cənubi Afrikada yaşayan Xhosa qadınları kənd həyatında başları üzərində yük daşıdıqları halda, şəhərə köçdükləri zamanı bu vərdişlərindən imtina etdikləri məlum olmuşdur.
Bu gün Qanada kənddən böyük şəhərlərə iş tapmaq üçün köçmüş gənclərin cəmi 2 dollara nəhəng yükləri başları üzərində daşıdıqları məlum bir həqiqətdir.

Nədən yükləri başları üzərində daşıyırlar?
Nədən yükləri başları üzərində daşıyırlar?
Nədən yükləri başları üzərində daşıyırlar?

Nədən yükləri başları üzərində daşıyırlar? 

Nədən yükləri başları üzərində daşıyırlar?

Qeyd: Yazı türkcədən tərcümə ilə işlənimişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz