» » Məmmədəli Əliqulu oğlu Əliyev:"Kor ərəbin mahnısı"nın ilk ifaçısı

Məmmədəli Əliqulu oğlu Əliyev:"Kor ərəbin mahnısı"nın ilk ifaçısı

Müəllif: Anaveusaq.az от 7-03-2018, 00:30

Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail). Bu gün onun doğum günüdür. Haqqında geniş məlumatlara malik olmasaq da, müəyyən tanışlığımız var: tanınmış müğənnidir, "Kor ərəbin mahnısı"nın ilk ifaçısıdır.
Məmmədəli Əliyev 1936-cı ildə Bakıda doğulmuşdur: yaşasa idi bu gün 82-ci yaşını qeyd edəcəkdi.
Məmmədəli ƏliyevErkən yaşlarında atasını itirmişdir. Anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalmışdır.
Məmmədəli kiçik yazşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi. Bir gün oxumağından məktəbdə də xəbər tutdular. Bir tədbir olan kimi gəlirdilər anasının üstünə ki, qoy, Məmmədəli oxusun. Müəllimləri anasına tapşırırdı ki, nəbadə oğlunu başqa sənətin dalınca düşməyə qoyasan. Ondan yaxşı xanəndə çıxar. Bu sözü qonşuları Əhməd Bakıxanov da deyirdi. Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə yazardı.Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı.

Məmmədəli Əliqulu oğlu Əliyev:"Kor ərəbin mahnısı"nın ilk ifaçısı

1940-1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirdi.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi.
Həmin illərdə Məmmədəlinin ürəyinə bir sevda da hakim kəsilmişdi. Xalası qızı Böyükxanıma vurulmuşdu. Amma sözləri bir-birinə xoş gəlmədiyindən bir yerdə yaşaya bilməyəcəklərini başa düşüb sevgililər ayrılırlar.
Məmmədəli Əliyev teatrda işləyərkən ikinci dəfə ailə qurur. Teatrda görüb sevdiyi Zəhraxanım da aktrisa idi. Bu evlilikdən 5 uşaqları olur. Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur. "Xosrov və Şirin"də Ozanı, "Qatır Məmməd"də Aşığı, "Vaqif"də Xanəndəni, "Hind gözəli"ndə Arabaçını, "Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən... Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!
Bu rol üzərində M. Əliyev çox ciddi çalışmışdı. Tamaşanın müvəffəqiyyətlə hazırlanmasında görkəmli reyissor Adil İsgəndərovun ciddi əməyi vardı. Tamaşanın musiqisini bəstəkar Fikrət Əmirov yazmışdı. Bu mahnı hələ əsərin məşqləri zamanı tamaşanın müvəffəqiyyətli olacağından xəbər verirdi. Doğrudan da "Şeyx Sənan" nəinki Bakıda, eləcə də Tbilisi və Yerevan qastrollarında böyük uğurlar qazanır.
Bir dəfə bu rolu oynarkən Məmmədəlinin əlindəki ağac əlindən düşüb yox olur. Kor rolu oynadığı üçün aktyor gözünü açıb heç yeri axtara bilmir. Gözlərini bir nöqtəyə zilləyərək, əlini yerə sürtə-sürtə ətrafı nə qədər axtarırsa, ağacı tapa bilmir. Pərdə bağlanandan sonra da ağacı nə qədər axtarırsa, tapa bilmir. Nəhayət, ağacı səhnənin altında olan zirzəmidən tapıb gətirirlər. Demə, ağac səhnədəki bayraq sancmaq üçün nəzərdə tutulmuş kiçik dairəvi deşikdən aşağı düşübmüş.
Sonralar Rauf Kazımovski "Kor ərəbin mahnısı”nı ayrıca kino lentinə çəkir, televiziya vasitəsi ilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.
Məmmədəli Əliyev deyirdi: ”Yaradıcılığımın iki parçası mənim həm təsəlli yerimdi, həm də ağrımdı. Biri "Hind gözəli"ndəki Arabaçının mahnısıdır. Hərçənd oxuduqlarımdan ən babatından söz düşəndə mən də, qeyriləri də Kor Ərəbin mahnısını xatırlayır, amma nəsə hiss eləyirəm ki, ürəyimdə o Arabaçının mahnısını daha artıq sevirəm. Çünki o mahnıda yanğı, kövrəklik, hiss daha güclüdür. Elə bil öz ömrümdür”.
Məmmədəli Əliyev səhnədə can verməyi arzulasa da, kamına çatmır, ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. O, səhnədən qocalıb getmir, yaş artandan, səsdən qalandan sonra musiqidən əl çəkmir. Hələ səhnəyə çox çıxa bilərdi. Özü gedəndən bir az sonra lent yazıları gözdən, qulaqdan uzaq düşür. Amma hər halda könüllərdən iraq düşməyir.
Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra yenidən hərbi işə qayıdır. 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur. Müharibədə olduğu üçün hərbi işdən başı çıxırdı.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.
Məmmədəli Əliqulu oğlu Əliyev:"Kor ərəbin mahnısı"nın ilk ifaçısı
Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz