İştahasını azaltmaq istəyənlər mütləq oxusun
Müəllif: Bənövşə ətirlim от 28-09-2016, 06:36
Artıq çəkiyə ən çox səbəb olan faktorlardan biri də iştahadır. Qida mütəxəssisləri bu qənaətdədirlər ki, iştahanı da nəzarət altında saxlamaq mümkündür və lazımdır: "İştahanı idarə etmək çox əhəmiyyətlidir ki, bu da sizin formada qalmanıza kömək edir."
Kafein-tein: Yaşıl çay və qəhvə gündə 2 dəfə
Saqqız: Xüsusilə günortadan sonra 1 qəlyanaltını əvəz edir, hər gün 25 kalori daha az qəbul edilir, bu da həftədə 175 kalori az qəbul etmək deməkdir.
Darçın: Qan şəkərini həm salar, həm də sabit saxlayar.
Yağ: Yeməkdən sonra qəbul edilən yağ, mədənin yavaş boşalmasını təmin edir, öd sekresiyasını artırır və bizi tox hiss etdirir. Zeytun yağı, kokos yağı və kətan yağı yeməklərdə mütləq olmalıdır. Fındıq, qoz, badam da istifadə edilməlidir.
Lifli qidalar: Sağlam ürək və gözəl bir görünüş təmin edən pəhrizdə, lifli qidalar həzm sistemimizin nizamlı işinə kömək olur, gec həzm olunduğundan gec açlıq hiss edilir. Bundan əlavə qandakı yüksək xolesterolu salmağa və qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edə bilər.
Limon: Həzm sisteminin sağlam işini təmin edir. Mədə turşusu istehsalını artıraraq həzmi çətin qidaların (yağlı qidalar, qırmızı ət və s.) həzminə kömək edir. Limon suyu eyni zamanda qaraciyərin öd istehsalını artıraraq yağların həzmini asanlaşdırır.
Birlikdə karbohidratla qəbul edilərsə, həzm yavaşlayar kilo verməniz çətinləşər. İdeal pəhrizdə nəticə əldə etmək üçün, ilk 7 gün heç karbonhidrat qəbul etmədən, yalnız zülal istehlak etməkdir.
Qulaqdakı iştah nöqtəsini xəbərdar edin: Çox acdığınızda "tragus" nöqtəsinə (qulaqla yanağın birləşdiyi yerdəki çıxıntılı qığırdaq hissəsi) baş və işarə barmağınızla təzyiq etsəniz və ya masaj etsəniz davamlı toxluq hiss edərsiniz.Bəzi insanlar davamlı olaraq həmin nöqtəyə təzyiq edərək iştahı azaltmaq üçün həmin hissəyə sırğa taxmağa üstünlük verirlər."
Oxşar postlar:
- Oxunub: 2 796
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Faydalı məsləhətlər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar