» » Əməkdar incəsənət xadimi Tahir Əkbər vəfat etmişdir

Əməkdar incəsənət xadimi Tahir Əkbər vəfat etmişdir

Müəllif: Anaveusaq.az от 3-03-2018, 23:54
 

Əməkdar incəsənət xadimi Tahir   Əkbər vəfat etmişdir

Tanınmış bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir İsmayıl oğlu Əkbər 72 yaşında Bakıda vəfat etmişdir.
Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub və 1965-ci ildə həmin məktəbi bitirib.
Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildə keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Tahir Əkbər 2017-ci ilin noyabrında insult keçirmiş, 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O zamandan vəziyyəti ağır olan sənətkar 2 mart 2018-ci ildə evində vəfat etmişdir.
Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi" və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib. Buna misal olaraq Nəşə Karaböcəyi göstərə bilərik. Türkiyədə məşhur olan bu müğənni bəstəkarın "Heç küsməyin yeridirmi?" mahnısını hər zaman repertuarına salıb. Tahir müəllimin "Amin" mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin "El oğlu, hay ver..." əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik" himni xor və simfonik orkestrin ifasında səslənib. 2006-cı il noyabr ayının 9-da filarmoniyada Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirildi.
 

Əməkdar incəsənət xadimi Tahir   Əkbər vəfat etmişdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 79
  • Məqalələri: 1081
^
http://qafqazinfo.az/news/detail/nazirlik-bestekari-qamisliqda-defn-edib-ailesi
nden-sert-ittiham-212713


Allah rəhmət etsin. Bir vətəndaş olaraq çox pis oldum. Tahir müəllim , həqiqətən, mədəniyyət adamı idi, sadə idi, ağayana deyildi.Musiqisindən savayı heç yerdə gözə dəymirdi.Amma harda gözə dəyirdi, musiqi dolu xoş bir aura paylayırdı qarşısındakılara .. Sağlığında xidmətlərinin layiqincə qiymətləndirilməsini görməyən bir sənət adamına heç olmasa dəfn günündə belə münasibət göstərilməyəydi. Bəlkə də adi görünür kimin üçünsə belə məsələ. Amma mən hesab edirəm ki, diqqətsizlik, laqeydlik üstəgəl itirilmiş meyarlar cəmiyyətə inamsızlıq yaradır, vətəndaş fəallığını ətalətə, durğunluğa sürükləyir. Çox arzu edərdim ki, dövlətimizin müstəsna səlahiyyətə malik rəhbərləri _Cənab Prezident, Mehriban xanım belə məsuliyyətsizliklərdən keçməyə. Həqiqi mənada sənət zirvəsinə yüksələnlər də gərək susmaya, belə narazılıqları dövlət başçımızın diqqətinə çatdıra.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0