» » Zövqlü süfrə açmağın incəlikləri

Zövqlü süfrə açmağın incəlikləri

 

Zövqlü süfrə açmağın incəlikləri 

Bir xalqla tanışlıq üçün vacib olan maddi və mədəni sərvətlərdən biri də kulinariya mədəniyyətidir. Ləziz yeməklərimiz, çərəz və sərinləşdirici içkilərimiz dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Azərbaycan mətbəxinin xörəkləri daddan xəbər verdiyi kimi, eyni zamanda bu xalqın qonaqpərvərliyindən, süfrə mədəniyyətindən də xəbər verir. Sirr deyil ki, yeməyin nə qədər dadlı komponentlərdən hazırlanmasına baxmayaraq, onun süfrəyə təqdim edilməsi özü xüsusi bir sənətdir. Bu zaman süfrənin açılacağı məkan, stol və stulların rahatlığı, süfrənin üstünə düzüləcək qab-qacaq dəstlərinin, eləcə də digər elementlərin düzümü xüsusi məharət tələb edir. Bu, həm də qonağa böyük ehtiram deməkdir.
Bu yazımızla biz də Ana və Uşaq oxucularına zövqlü bir süfrə açmaq mədəniyyətindən və bunun üçün lazım olan aksesuarları necə seçməkdən bəhs edəcəyik.

Masa örtüyü seçimi

Zövqlü süfrə açmağın incəlikləri
Gözəl bir süfrə üçün əvvəlcə süfrə örtüyü seçiminə diqqət etməliyik və yalnız süfrənin gözəl olması deyil, salfetlərlə və ya dəsmallarla da uyğunlaşması olduqca əhəmiyyətli bir incəlikdir. Uyğunlaşma deyərkən, eyni rəng eyni model düşünə bilərsiniz, lakin bəzən kontrast rəng seçkiləri də uyğunlaşmanı əks etdirir. Məsələn, qırmızı bir örtük qara və ya yaşıl bir örtük ilə salfetləri uyğunlaşdırın. Runner örtüklər xüsusilə bir neçə mövsümdür olduqca dəb olub, müasir və qəşəng bir süfrənin məncə ən vacibidir. Süfrənin ölçüsü masa ilə uyğun olmalıdır, çox böyük və ya çox kiçik ölçülər səhv bir seçim olacaq.

Xüsusi dəvətlərdə süfrə bəzəyi

Zövqlü süfrə açmağın incəlikləri

Çəngəl-bıçaq düzümündə beynəlxalq stantlara görə şorba qaşığı ən kənarda, sağ tərəfdə qoyulur və arasında salat bıçağı ən sondada ana yemək bucağı yer alır. Sol tərəf bıçaq düzülüşündə də salat çəngəli və yanında da əsas yemək çəngəli qoyulur. Yemək qabının 2 santimetr xaricində şirniyyat çəngəli və ya qaşığı olmalıdır.
Şirniyyat menyunuz kadayıf və paxlava kimi çəngəl istifadə edilməsi lazım olan bir daddırsa, şirniyyat üçün bıçaq əlavə oluna bilər. Bundan əlavə, qadınlar bilir ki, bütün stəkanlar hər zaman qabların sağ tərəfində olmalıdır.
Salfetlərin düzülüşü zövqlü bir süfrənin vacib elementidir. Kağız salfet yerinə parça olması süfrənin zərifliyi üçün məsləhət görülür. Hərçənd indiki vaxtda istehsal olunan salfetlər, parça salfetləri axtartmayacaq qədər qəşəng və dekorativ bir nəticə almanızı asanlaşdıra bilər.
Salfet qatlama

Zövqlü süfrə açmağın incəlikləri

Zövqlü süfrə açmağın incəlikləri

Xüsusilə böyük ölçülərdə naxışlı qəşəng kağız seçim edilə bilər. Sizin üçün salfet qatlama nümunələrini mərhələli olaraq paylaşırıq. Mərhələləri tək-tək tətbiq olunan qəşəng bir salfetlə, şux süfrə açmanız arzusuna çatmanız mümkündür. Son olaraq salfetlər, çəngəllərin sol yanına, xüsusi dəvət yeməklərində isə qabların içinə qoyulmalıdır.

Masa qab düzmə nümunəsi 

Zövqlü süfrə açmağın incəlikləri

Zövqlü süfrə açmağın incəlikləri

Qab seçiminiz yemək menyunuz ilə doğru mütənasib olduğu üçün şəkildən faydalanaraq qab nizamınızı menuyunuza görə düzə bilərsiniz. Məsələn, menyunuzda şorba varsa, yemək dəstinizə əlavə şorba kasası əlavə edə bilərsiniz...

Dekorativ və ya canlı çiçəklər 

Şux və gözəl bir süfrənin olmazsa ola bilməzi, əlbəttə ki çiçəklərdir. Mənim çiçək seçimim isə hər zaman canlı çiçəklərdən yana olsa da siz iqtisadi vəziyyətiniz və zövqünüzə görə canlı və ya süni çiçək seçimi edə bilərsiniz əziz xanımlar.
Qəşəng bir süfrə üçün aksesuar seçiminə gəlincə, dekorativ və qəşəng şamlar xərci ən aşağı, gözəlliyi ən çox olan masa bəzəkləri arasında yer alır. Yalnız dekorativ şam deyil, qurudulmuş gül ləçəklərindən ilə bəzənmiş masanızın xüsusən muncuq, daşlarla bəzəmə ilə fərqli və olduqca qeyri-adi bir təsir yaradacaq bir görünüş əldə edə bilərsiniz. Salfetə ilişən muncuqlu, daşlı, zərli aksesuarlar da olduqca trend bir bəzəmə seçimi ola bilər.

Zövqlü süfrə açmağın incəlikləri

Fərqli dizayn və sürprizlərdən xoşlanan bir ev sahibəsisinizsə danışırsınizsa qonaqlarınız üçün kiçik qeyd kağızları hazırlaya bilərsiniz, lakin qeydlər üçün qonaqlardan kimin hansı kürsüyə oturması lazım olduğunu əvvəlcədən təyin etməniz lazımdır.
Yalnız masa deyil, stullarınızı da rəngli, qəşəng tüllər və örtüklərlə örtərək süfrə və stullarınızda da zərif və qəşəng bir uyğunlaşma meydana gətirə bilər, sanki şux dəvət məkanlarını xatırladan bir görünüş tuta bilərsiniz.

Zövqlü süfrə açmağın incəlikləri

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz