Təbrik
Balaca böyük Akifin 4 yaşı tamam olur. Evimizdə, ailəmizdə fərəhli anlardır. Akifin əlimizi yumanda ovcumuz boyda olan ürəyinə sığışmayan sevinclərinin, təbəssümlərinin içindəyik, yan-yörəsindəyik.Mən lap kənardan da seyr edirəm.Sevinmək –sevinməkdir: məktəbə get -sevin, ali məktəbə qəbul olun -sevin, avtomobil al- sevin. Hamısı bir-birinə bənzəyəcək. Amma uşaq sevincindən şirin sevinc yox. Onlara alınan hədəiyyəni mənə alsalar, küsərəm, inciyərəm. Amma bunlara elə bil dünyanı bağışlayıblar.
Təpədən dırnağa bunlar məsumiyyət, barış, sevgi bağlılığı: dünyaya, həyata...
Deyirlər ki, qocalıqda günlər uzun, illər qısa olur. Amma mən əksini görürəm: çox uzundur illər. 13-14 il gəlib keçsəydi , əmin olardım ki, nəvələrim artıq dünyanı dərk edə bilir, özünü daha saxlaya biləcək və s.
Bu xoş ovqatlı vaxtımda balalarıma, nəvələrimə dünyanın bütün uşaqlarına arzuladıqlarımı arzulayacağam: nəvələrim də onların arasında...
Arzuladıqlarım əmin-amanlıq, cansağlığı və yetərincə ata-ana sevgisi, baba sevgisi... Qalan 97 səbəbin qrafasına gətirin özüm işarə - "V” qoyum.
Valideynlər, babalar, siz də vaxt varkən uşaq ləzzətindən kamiyab olun, bunun üçün onlara ayrılmaq lazımdır, vəssalam...
Oxşar postlar:
- Oxunub: 2 013
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Təbriklər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar