Təbrik

  Balaca böyük Akifin 4 yaşı tamam olur. Evimizdə, ailəmizdə  fərəhli anlardır. Akifin  əlimizi  yumanda ovcumuz boyda olan ürəyinə sığışmayan sevinclərinin, təbəssümlərinin  içindəyik, yan-yörəsindəyik.Mən lap kənardan da  seyr edirəm.Sevinmək –sevinməkdir:  məktəbə get -sevin, ali məktəbə qəbul olun -sevin, avtomobil al- sevin. Hamısı bir-birinə bənzəyəcək. Amma uşaq  sevincindən  şirin sevinc yox. Onlara alınan hədəiyyəni  mənə alsalar, küsərəm, inciyərəm. Amma bunlara elə bil dünyanı bağışlayıblar.

Təpədən dırnağa bunlar  məsumiyyət, barış, sevgi  bağlılığı: dünyaya, həyata...

Deyirlər ki, qocalıqda günlər uzun, illər qısa olur. Amma mən əksini görürəm:  çox uzundur illər. 13-14 il gəlib keçsəydi , əmin olardım ki, nəvələrim artıq  dünyanı dərk edə bilir, özünü daha saxlaya biləcək və s.

 Bu  xoş ovqatlı vaxtımda balalarıma, nəvələrimə dünyanın bütün uşaqlarına arzuladıqlarımı arzulayacağam: nəvələrim də onların arasında...

Arzuladıqlarım əmin-amanlıq, cansağlığı və  yetərincə ata-ana sevgisi, baba sevgisi... Qalan 97 səbəbin qrafasına gətirin özüm işarə - "V” qoyum.

  Valideynlər, babalar, siz də vaxt varkən uşaq ləzzətindən kamiyab olun, bunun üçün onlara ayrılmaq lazımdır, vəssalam...

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

Təbrik

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz