» » Xocalı haqqında bayatılar

Xocalı haqqında bayatılar


Xocalı haqqında bayatılar  

Z.Yaqub – Bayatılar

 

Duz basdılar yarana,

Layla, Xocalım, layla.

Düşdün gülləbarana,

Layla, Xocalım, layla

 

Namərdi kim çağırdı?

Göydən ölüm yağırdı.

Dilnən demək ağırdı,

Layla, Xocalım, layla.

 

Daş üstə daşmı qaldı,

Salamat başmı qaldı,

Gözümdə yaşmı qaldı,

Layla, Xocalım, layla.

 

Qaçdı Novruzun tamı,

Kimdi yandıran şamı?

Yas elədin bayramı,

Layla, Xocalım, layla

 

Dərdin kimi acı yox,

Ağrı var, əlacı yox.

Ağlamağa bacı yox,

Layla, Xocalım, layla.

 

Hisdi, pasdı, qurumdu,

Tüstü burum-burumdu.

Hər tərəf uçurumdu

Layla, Xocalım, layla.

 

Bu torpağın canısan,

Selə dönmüş qanısan.

Sən kimin qurbanısan?

Layla, Xocalım, layla.

 

Xocasan, xocan hanı?

Cavansan, qocan hanı?

Tüstülü bacan hanı?

Layla, Xocalım, layla.

 

Çıxmağa yol olmadı,

Qucmağa qol olmadı.

Üzməyə sal qalmadı,

Layla, Xocalım, layla.

 

Məndən küsdü soyadım,

Namərd olsun qoy adım.

Səni necə oyadım?

Layla, Xocalım, layla.

 

Kədər düşdü payına,

Səndən çətin yayına.

Hay vermədik hayına,

Layla, Xocalım, Layla.

 

Yara sarıyan hanı?

Haqdan yarıyan hanı?

Yurdu qoruyan hanı?

Layla, Xocalım, layla

 

Şuşanın ətəyi qan,

Bali qan, petəyi qan.

Düşmənin kötəyi qan,

Layla, Xocalım, layla.

 

İtən çənim olaydı,

Bitən dənim olaydı.

Vətən mənim olaydı,

Layla, Xocalım, layla

 

Yatan çətin ayıla,

Çətin adam sayıla.

Heyif Şah İsmayıla,

Layla, Xocalım, layla.

 

Dünya darmı görəsən?

Qulaq karmı görəsən?

Allah varmı görəsən?

Layla, Xocalım, layla.

Xocalı haqqında bayatılar 

Arzu Əlyarova -

 

Sən-boğazımdakı

içimi göynədən acı qəhər.

Sən-adı ürəklər dağlayan

yanıb-yanıb külə dönən,

Şəhid şəhər, Xocalım!

 

Söylə səni yad etməkçün

Gətirdiyim bu gülləri

Qoyum hara, Xocalım?!

Qoynunda qalmaq,  yolunda ölmək istərdim,

 

Neyləyim yoxdur heç əlacım!!!

Mən səni düşünə-düşünə ,

Mən səni ağlaya-ağlaya ,

Qocaldım, Xocalım!!! 

Xocalı haqqında bayatılar 

 

Duz basdılar yarana, 
Layla, Xocalım, layla. 
Düşdün gülləbarana,
Layla, Xocalım, layla.

Namərdi kim çağırdı,
Göydən olüm yağırdı.
Dilnən demək ağırdı,
Layla, Xocalım, layla.

Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümde yaşmı qaldı?
Layla, Xocalım, layla.

Dərdin kimi acı yox,
Ağrı var, əlacı yox.
Ağlamağa bacı yox,
Layla, Xocalım, layla.

Bu torpağın canısan,
Selə dönmüş qanısan.
De, kimin qurbanısan?
Layla, Xocalım, layla.

Kədər düşdü payına,
Səndən çətin yayına.
Hay vermədik hayına,
Layla, Xocalım, layla.

Şuşanın ətəyi qan,
Balı qan, pətəyi qan,
Düşmənin kötəyi qan,
Layla, Xocalım, layla.

Xocalı haqqında bayatılar 

Xocalı –elim mənim,
Çiçəyim –gülüm mənim.
Xocalı dedim –yandı,
Ağzımda dilim mənim!

Xocalı –elim mənim,
Gözümdə selim mənim.
Qırılıb -haray çəkir,
Kamanda telim mənim!

Xocalı –elim mənim,
Qanadım, qolum mənim.
Qığılcım var içimdə,
Yanacaq külüm mənim...
Xocalı haqqında bayatılar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz