» » Tapa bilsən, tap...

Tapa bilsən, tap...

 

 

Tapa bilsən, tap...

1.Yarpağı var, ağac deyil,
Tikilir, paltar deyil,

 Tapa bilsən, tap...

2.Danışır, adam deyil. (  )
Tapa bilsən, tap...
3.Bir ağacım var, on iki budağı.
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzü ağ.()
Tapa bilsən, tap...
4.Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Ağ ilan ağzın açar,
Qara ilan vurar keçər. (  )
Tapa bilsən, tap...
5.Axşam səpdim noxudu,
Sübhdən qalxdım, yoxudu. ( )
 Tapa bilsən, tap...
6.Altı tavan, üstü tavan,
İçində bir qırmızı oğlan. ()                
   Tapa bilsən, tap...    
7.Bağlasaq gedər, 
     Açsaq, dayanar. (    )
Tapa bilsən, tap...
 8.Çox dişi var dişləməz,
Heç kimsəni incitməz.
Əllərdən də heç düşməz. ()
Tapa bilsən, tap...
9.Tap nədir,
Dolu gedər, boş gələr,
Ağzımıza xoş gələr. (  )
Tapa bilsən, tap...
10.Qurmadan işlər,
Durmadan işlər.   )
Tapa bilsən, tap...
11.Toxumsuz bitər,
Dünyaya yetər. (  )
Tapa bilsən, tap...
12.Ağaca çıxdım adamla,
Bir nəlbəki badamla.
Nə dili var nə ağzı,
Hey danışır adamla. (  )
Tapa bilsən, tap...
13. Mənim bir çubuğum var, yeridikcə iz qoyar. ()

 Tapa bilsən, tap...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 79
  • Məqalələri: 1079
^
Doğru cavablar:

Yarpağı var, ağac deyil,
Tikilir, paltar deyil,
Danışır, adam deyil. (kitab)
Bir ağacım var, on iki budağı.
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzü ağ. (il, ay, gün)
Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Ağ ilan ağzın açar,
Qara ilan vurar keçər. (iynə-sap)
Axşam səpdim noxudu,
Sübhdən qalxdım, yoxudu. (ulduzlar)
Altı tavan, üstü tavan,
İçində bir qırmızı oğlan. (dil)
Bağlasaq gedər,
Açsaq, dayanar. (ayaqqabı)
Çox dişi var dişləməz,
Heç kimsəni incitməz.
Əllərdən də heç düşməz. (daraq)
Tap nədir,
Dolu gedər, boş gələr,
Ağzımıza xoş gələr. (qaşıq)
Qurmadan işlər,
Durmadan işlər. (ürək)
Toxumsuz bitər,
Dünyaya yetər. (duz)
Ağaca çıxdım adamla,
Bir nəlbəki badamla.
Nə dili var nə ağzı,
Hey danışır adamla. (kitab)
Mənim bir çubuğum var, yeridikcə iz qoyar. (qələm)
  • Нравится
  • 0