» » Siqareti yasaqlayan qanun layihəsi qəbul edildi

Siqareti yasaqlayan qanun layihəsi qəbul edildi

Müəllif: Anaveusaq.az от 3-12-2017, 14:30

Mili Məclisin 01 dekabr tarixində keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, sözügedən layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb.
Qanun layihəsinin ikinci oxunuşunun cari ilin may ayında keçirildiyini deyən komitə sədri bildirib ki, müzakirələr zamanı ən çox səslənən fikirlərdən biri siqaret çəkilməsinə görə yerlərin ayrılması olduğu üçün bu nəzərə alınaraq layihədə müəyyən düzəlişlər edilib. Onun sözlərinə görə, yeni variantda siqaret çəkilməsinə görə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına verilib: "Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq, xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq”.
Xatırladaq ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərdən yerin ayrılması nəzərdə tutulurdu.
H.Rəcəbli söyləyib ki, Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir: "Həmin insanlar hər gün orta hesabla 16 ədəd siqaret çəkirlər. Komitə sədri deyib ki, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir".
Yeni qəbul oluna Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Siqareti yasaqlayan qanun layihəsi qəbul edildi

Eləcə də , təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz