Bu gün bəstəkar Sevda İbrahimovanın doğum günüdür
Müəllif: Anaveusaq.az от 28-11-2018, 00:20

Bu gün Azərbaycanının Xalq artisti, bəstəkar, professor Sevda İbrahimovanın doğum günüdür.
Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitirib.
Görkəmli tarzən Qurban Primovun nəvəsi, görkəmli yazıçı Mirzə İbrahimovun qızıdır.
Əsərləri: Orqan və simli orkestr üçün Konsert (1990); M.Dilbazi və M.İbrahimovun söz. solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası (1990); Hoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991); Skripka və kamera orkestri üçün musiqi (1992); Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993); 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994); "Gənc pianoçuya" pyeslər silsiləsi (1994); Piano üçün pyeslər (1995); 2 piano üçün pyeslər (1996); H.Ziyanın söz. səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997); 2 piano üçün silsilə pyeslər (1997); "Əbədi yurdum" vokal silsiləsi /B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin söz./ (1999); Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999); Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000); Piano üçün pyeslər (1999 - 2001); Simli orkestr üçün "Vətən düşüncələri" (2001). Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).
Oxşar postlar:
- Oxunub: 2 837
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Təbriklər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar