» » Beşinci ağıl oyunları festivalı keçiriləcək

Beşinci ağıl oyunları festivalı keçiriləcək

Müəllif: Dəyanət от 17-11-2017, 00:30

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubun təşkilatçılığı ilə Azərbaycanda "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V Ağıl oyunları festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalın keçirilməsində məqsəd ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin önəmli istiqamətlərindən olan intellektual oyunların təşkili, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinə nail olmaqdır.
Festivalda universitet tələbələrindən ibarət intellektual oyunlar üzrə yarışan komandalar iştirak edə bilərlər.
Festival çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Şəki, Quba, İsmayıllı, Ağdaş, Zərdab və Tərtərdə seçim turları təşkil olunacaq. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar V ağıl oyunları festivalının finalına vəsiqə qazanacaq. Festivalın finalı dekabrın 3-də Bakıda keçiriləcək.

Beşinci ağıl oyunları festivalı keçiriləcək

Mənbə:https://azertag.az/xeber/Besinci_agil_oyunlari_festivali_kechirilecek-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz