» » Say haqqında bu məlumatları bilirsinizmi, bəs övladlarınız?

Say haqqında bu məlumatları bilirsinizmi, bəs övladlarınız?

 

Say haqqında bu məlumatları bilirsinizmi, bəs övladlarınız?

Bizim istifadə etdiyimiz rəqəmlər ərəb rəqəmləri adlanır. Bu rəqəmlərin köməyi ilə istənilən ədədi istər yazılı, istərsə də səsli ifadə etmək olur.
Siz üçrəqəmli ədəd görəndə bilirsiniz ki, sağdan birinci rəqəm təkliyi, ikinci rəqəm onluğu, üçüncü rəqəm isə yüzlüyü bildirir. Odur ki, məsələn, üç rəqəmlə göstərilmiş 421 ədədini belə oxuyursunuz: dörd yüz iyirmi bir.
Saylar dilimizdə iki cür: ərəb və rum rəqəmlərindən istifadə etməklə yazılır.
Ərəb rəqəmləri on saydan ibarətdir: 0,1,2,3,4,5,6,7,8,9.
Bu rəqəmlər ərəblərin adı ilə bağlı olsa da, əslində V əsrdə Hindistanda yaradılmışdır. X-XI əsrlərdə ərəblər tərəfindən mənimsənilmiş və onlar təəfindən Avropaya gətirildiyi üçün ərəblərin adı ilə bağlanmışdır.
Ərəb rəqəm sisteminin geniş yayılmasında müsəlman alimi Xarəzminin böyük rolu olmuşdur.
Biz sayları ifadə etmək üçün indi də ərəb rəqəmlərindən istifadə edirik. Sayları ifadə etmək üçün rum (Roma)
rəqəmlərindən də istifadə olunur. Bu rəqəmlər sıra saylarını bildirir. Sıra sayı rum rəqəmi ilə ifadə olunduqda heç bir şəkilçi işlənmir. Rum rəqəmləri cəmi yeddi işarədən ibarətdir:

I –1 C-100
V-5 D-500
X-10 M-1000
L-50

Bu rəqəmlər müxtəlif şəkildə birləşməklə ayrı-ayrı kəmiyyət ifadə olunur. Əgər kiçik rəqəm böyük rəqəmdən
sonra gələrsə, onlar toplanır. Məsələn,

VI=V+I=6 LXXX=L+X+X+X=80

VII=V+I+I=7 CL=C+L=150

VIII=V+I+I+I=8 CLX=C+L+X=160

XV=X+V=15 DC=D+C=600

XVI=X+V+I=16 DCCC=D+C+C+C=800

XVII=X+V+I+I=17 MCCC=M+C+C+C=1300

XVIII=X+V+I+I+I=18 MD=M+D=1500

XX=X+X=20 MDC=M+D+C=1600
LX=L+X=60 MDCCC=M+D+C+C+C=1800

LXX=L+X+X=70

 

Say haqqında bu məlumatları bilirsinizmi, bəs övladlarınız?

 


Misallardan da göründüyü kimi bir rəqəm 3 dəfədən artıq istifadə edilə bilməz.

Böyük sayların bu üsulla yazılışı o qədər də istifadə olunmur. Əsasən kiçik sayları bildirmək üçün rum rəqəmlərinə müraciət olunur.
Bu gün ərəb rəqəmlərindən dilimizdə ancaq sıra saylarını ifadə etmək üçün istifadə olunur. Bu zaman durğu işarələrindən aşağıdakı qaydada istifadə edilməlidir:
- Rəqəmdən sonra nöqtə qoyulur və sıra ilə gələn sözün ilk hərfi böyük yazılır: 1.Ramiz Məmmədov.
2. Fikrət Əliyev.

- Rəqəmdən sonra tire qoyulur və ümumi isim gəldikdə kiçik hərflə yazılır. Məsələn, 1 - sadə cümlə
2 - mürəkkəb cümlə və s.

- Rəqəmdən sonra mötərizə qoyulur və xüsusi isim gəlmirsə, kiçik hərflə yazılır: 1) fel 2)zərf

Müəllif: Gülarə Abdullayeva
Mənbə: http://azkurs.org/seki-filiali.html?page=6

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz