"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti oyunu zamanı Madriddə təbliğat aksiyası keçirilib
Müəllif: Anaveusaq.az от 1-11-2017, 17:15
Oktyabrın 31-də "Atletiko Madrid" - "Qarabağ" qarşılaşmasından əvvəl "Wanda Metropolitano" stadionunun qarşısında ölkəmizlə bağlı təbliğat masası qurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfirliyin dəstəyi və İspaniya azərbaycanlıları assosiasiyasının təşkilatçılığı ilə hazırlanan təbliğat masasında ölkəmizin turizm potensialı və Ağdamın "Qarabağ” klubu barədə məlumatların yer aldığı bukletlər, həmçinin milli şirniyyatlar futbol azarkeşlərinə təqdim olunub
Qarabağ futbol klubu və onun ev oyunlarını doğma Ağdam şəhərində keçirə bilməməsinin səbəbləri haqqında ətraflı məlumat verilib.
Oyunu izləmək üçün gələn azarkeşlərin təbliğat masasına böyük marağı müşahidə olunub.
Ağdamın "Qarabağ” klubunun səfərdə keçirdiyi oyunlar Azərbaycan həqiqətlərinin geniş kütlələrə çatdırılması baxımından həm də bir fürsətdir. Oyun zamanı da dünyanın ən böyük stadionlarından biri olan "Wanda Metropolitano"da Azərbaycan və Türkiyə bayraqları dalğalanıb, həmçinin geniş ölçülərdə ispan dilində "Qarabağ Azərbaycanın döyünən ürəyidir” (El Qarabag es corazon latiente de Azerbaiyan) yazılı pankart açılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Mənbə:https://azertag.az/xeber/_quotQarabag_quotin_UEFA_CHempionlar_Liqasindaki_novbeti_oyunu_zamani_Madridde_tebligat_aksiyasi_kechirilib
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Mənbə:https://azertag.az/xeber/_quotQarabag_quotin_UEFA_CHempionlar_Liqasindaki_novbeti_oyunu_zamani_Madridde_tebligat_aksiyasi_kechirilib
Oxşar postlar:
- Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib
- Bakının 2019-cu ildə UEFA Çempionlar və Avropa liqalarının final oyunları üçün namizədliyi təsdiqlənib
- Belçikanın Ham şəhərində Qarabağ atı abidəsi ucaldılıb
- Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb
- Oxunub: 1 178
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / İdman
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar